Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

AMEA-da yeni direktor təyinatı

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.

Xeberinfo.com:   AMEA-nın mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, tədbirdə AMEA-nın elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün elan əsasında gizli səsvermə yolu ilə bölmənin Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə seçki keçirilib. Gizli səsvermənin nəticələrinə görə, Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev seçilib.

Sonra akademik Pərviz Məmmədov “Cənubi Xəzər hövzəsinin böyük dərinliklərə çökmə səbəblərinin tədqiqi” mövzusunda məruzəsini təqdim edib.

Məruzədə Paris-IV, Moskva Dövlət Universiteti, Şevron (ABŞ), BP (Böyük Britaniya) şirkətləri ilə uzun illər ərzində Peritetis, MEBE, Darius beynəlxalq layihələri çərçivəsində aparılan tədqiqatlar nəticəsində Cənubi Xəzər hövzəsinin çox böyük dərinliklərə (25-30 km) çökməsinin əsas səbəbləri (tektonik çökmə, çöküntü qatının ağırlığı, izostasiya və subduksiya) barədə məlumat verilib. Bu məqsədlə düz və əks modelləşmə və hövzənin müxtəlif inkişaf mərhələlərində batimetriyanın, sedimentasiyanın və tektonikanın rolu araşdırılıb. Tədqiqat modelləri qurulub, regional profillər üzrə “backsripping analys” və seysmostratiqrafik interpretasiya əsasında hər bir amilin hövzənin özülünün çökməsində rolu müəyyən edilib. Tədqiqatlar nəticəsində Cənubi Xəzər hövzəsinin regional profillər üzrə kəsilişləri qurulub, müxtəlif mərhələlərdə çöküntü toplamanın sürəti və paleocoğrafi şəraiti aydınlaşdırılıb. Müzakirələrdə alınan nəticələrin Cənubi Xəzər hövzəsinin inkişaf mərhələlərinin, çöküntü qatının neftlilik-qazlılığının və seysmoloji şəraitin öyrənilməsində mühüm rolu qeyd olunub.

Bölmənin qərarı ilə P.Məmmədovun elmi-tədqiqat xarakterli məruzəsi bəyənilib. Məruzədə faktiki məlumatlar əsasında alınmış yeni nəticələrin elmi jurnallarda nəşri tövsiyyə olunub.

İclasda, həmçinin AMEA Şəki Regional Elmi Mərkəzinin “Region folkloru antologiyası” kitabının nəşri məsələsinə də baxılıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam