Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Prokurorluq işçiləri ilə bağlı vacib dəyişiklik

 

MİlliMecliss

Azərbaycanda vəzifələrini layiqincə yerinə yetirməyən prokurorluq işçiləri barəsində intizam tənbehi tətbiq oluna bilər.

Xeberinfo.com:   Milli Məclisdən verilən məlumata görə, bununla əlaqədar “Prokurorluq haqqında” qanuna dəyişikliyin edilməsi təklif olunur.
Hazırda xidməti intizamı pozduğuna görə prokurorluq işçisinin barəsində irad tutma, töhmət, şiddətli töhmət, aşağı vəzifəyə keçirmə, rütbənin aşağı salınması, vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər, həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, prokurorluq orqanlarında işə təyin edilir), prokurorluq orqanlarından xaric etmə, rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric etmə kimi intizam tənbehlərindən biri tətbiq oluna bilər.

Yeni dəyişikliklərdə isə təklif edilir ki, prokurorluq işçisi həm xidməti intizamı pozduğuna, həm də vəzifələrini layiqincə yerinə yetirmədiyinə, “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə barəsində sadalanan intizam tənbehlərindən biri tətbiq oluna bilər.

Yeni dəyişiklik prokurorluq işçilərinin nizam-intizam tədbirlərini gücləndirmək məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanaraq təklif edilir.

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən, intizam xətası törədildiyi gündən 3 il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməz. Qanunun hazırkı variantında isə bu müddət 1 il müəyyənləşdirilib.

Qeyd edək ki, hər iki qanuna dəyişiklik layihəsi Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.(Trend.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam