Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hökumətin sahibkarlığa ciddi dəstəyi niyə yoxdur?

rovsen

 

“Hökumət fondu əlindəki resursların 93%-nin cəmi 1-2% iri sahibkarlara yönəldir”

Xeberinfo.com:  “İctimai vəsaitlə həyata keçirilən heç bir layihənin dəyəri, satınalma şərtləri, ictimai vəsait hesabına verilən kreditlərin məbləği, krediti alan subyektlərin ismi, ictimai vəsait hesabına verilən subsidiya və dövlət sosial yardımlarının məbləği, həmin vəsaitləri alan subyektlərin ismi gizli saxlana, kommersiya sirri hesab edilə bilməz”. Gununsesi.info bildirir ki, bu fikirləri tanınmış iqtisadçı Rövşən Ağayev hökuməti tənqid edərkən səsləndirib. O, bildirib ki, uzun illər hökumət fermerlərə verilən subsidiyalar üzrə adlı siyahıları açıqlamadı – səbəb kimi bu məlumatın fermerin kommersiya sirri olmasını göstərirdi. Uzunmüddətli ictimai çəkişmələrdən, qınaqdan sonra axır ki, subsidiyalar üzrə adlı siyahılar hazırlandı və online yerləşdirildi.
Uzun illər hökumət aztəminatlı ailələrə verilən sosial yardımlar üzrə adlı siyahıları açıqlamadı – səbəb kimi bu məlumatın yardım alan insanların fərdi məlumat azadlığını poza biləcəyini göstərirdi. Uzunmüddətli ictimai çəkişmələrdən, qınaqdan sonra axır ki, yardımlar üzrə adlı siyahılar hazırlandı və online yerləşdirildi.
İndi növbə Sahibkarlığa Kömək Milli Fonduna çatıb – Fondun vəsaitləri ictimaidir. Bu vəsaitləri alan subyektlərin adları açıqlanmalıdır. Deyilmir ki, onların layihələrinin detalları (məsələn, xərclərinin strukturu) ictimailəşdirlməldir – bu kommersiya sirri sayılır. Sadəcə alan şəxs (yaxud şirkət), alınan məbləğ, yönəldilən layihənin adı və həyata keçiriləcək yer. Burda kommersiya sirri sayılacaq nə var ki?
İctimai nəzarət və monitorinq üçün bu məlumatlar çox mühümdür.
Bunu niyə deyirəm: Fondun 2016-cı ilin 1-ci rübü üzrə verdiyi kreditlərin strukturuna baxıram – verilmiş kreditlərin 93%-i (36.9 milyon manat) kredit xətti açılan cəmi 2% sahibkar (6 layihə) arasında bölüşdürülüb. Vəsaitlərin 7%-i isə 98% sahibkar (315 layihə) arasında bölüşdürülüb.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, böhranı yenməyin və dayanıqlı iqtisadi inkişafı təmin etməyin yolu kiçik-orta sahibkarlığın inkişafından keçir. Bizdə isə hökumət fondu əlindəki resursların 93%-ni cəmi 1-2% iri sahibkarlara yönəldir.
Bu vəziyyətə ictimai nəzarəti təmin etmək üçün kredit layihələri üzrə yuxarıda sadaladığım məlumatlar online qaydada ictimailəşdirilməlidir…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam