Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçildi

milli sura

 

Milli Şura özünün sessiyasını keçirir.

Xeberinfo.com: Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyətin müzakirəsi, təşkilati və cari məsələlər daxildir.

Sessiyanı açıq ealn edən Milli Şura sədri Cəmil Həsənli bu gün 4 iyun qiyamından 23 il keçdiyini xatırladıb və həmin hadisələrdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəmil Həsənli daha sonra habsdən azad olmuş Milli Şura üzvləri Leyla Yunusu və Tofiq Yaqublunu bu münasibətlə təbrik edib, onlara göstərdikləri fədəkarlığa görə Milli Şura adından təşəkkürünü çatdırıb.

Gündəlikdə duran məsələlərin baxılmasına təşkilati işlərdən başlanıb. Quruma yeni üzvlər qəbul olunub. İradə Nəriman və İlham Hüseynin Milli Şuranın üzvülüyünə namizədliyi irəli sürülüb. Hər iki şəxs səsvermə yolu ilə Milli Şuranın üzvü seçilib.

Bundan sonra Milli Şuraya sədr seçkisi və Şuranın Koordinasiya Mərkəzinin yenidən formalaşması müzakirəyə çıxarılıb. AXCP sədri Əli Kərimli Milli Şuranın sədrliyinə Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Əli Kərimlinin təklifini Milli Şuranın başqa üzvləri də dəstəkləyib. Gültəkin Hacıbəyli bildirib ki, Cəmil Həsənli bütövlükdə Azərbaycan xalqının ümid yerinə çevrilmiş bir xadimdir, onun Milli Şuraya sədr seçilməsini dəstəkləyir. Hacı Əmirulla, Rövşən Əhmədov və başqaları da Cəmil Həsənlinin namizədliyini müdafiə ediblər. Sonda təklif səsə qoyulub və Cəmil Həsənli yekdilliklə Milli Şuranın yenidən sədri seçilib.

Cəmil Həsənli Milli Şura üzvlərinə yenidən ona etimad göstərdikləri üçün təşəkkür edib: “Təşəkkür edirəm, dostlar. Sədr olsam da, olmasam da bu yolu getməliyik. Lakin bu sədlik mənim üzərimə əlavə məsuliyyət qoyur. Müxalif düşərgədə olmaq çox çətindir. Lakin bütün hallarda millətin iradəsini ifadə etmək lazımdır. Bu mübarizə davam edəcək. Rejimin amansızlığına baxmayaraq insanlar məhbəsdə də sınmır, mübarizələrini davam etdirir. Biz də bu yolu getməliyik, başqa yolumuz yoxdur”.

davamı olacaq

Azadliq.info 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam