Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Milyarder “Bloomberg”in siyahısında

 

vahid-e-300x217

Milyarderlər siyahısında 200 nəfərin adı var.

Xeberinfo.com:   ABŞ-ın “Bloomberg” agentliyi dünyanın 200 milyarderinin siyahısını açıqlayıb. Ans press-in məlumatına görə, siyahıya “Microsoft”un yaradıcısı Bill Qeytsliderlik edir. Onun 85.6 milyard dollar sərvəti var.

Agentliyin açıqladığı siyahıda 15 Rusiya vətəndaşının da adı yer alıb. Bunların içində əslən azərbaycanlı “LUKoil” şirkətinin prezidentiVahid Ələkbərovun da adı var.

Bir neçə gün öncə “Forbes” jurnalı iş adamının sərvətinin 8,9 milyard dollar olduğunu yazmışdı.

“Bloomberg”in tərtib etdiyi siyahıda rus milyarderlərdən dağ metallurgiya şirkəti “Noroilski Nikel”in rəhbəri Vladimir Potanin 14.7 milyard dollarlıq sərvəti ilə 56-cı yerdə qərarlaşıb.

63-cü yerdə “Novatek” şirkətinin idarə heyətinin rəhbəri Leonid Mixelson 14.1 milyard dollar, 68-ci yerdə “Renova” şirkətinin direktorlar şurasının sədri Viktor Vekselber 13.1 milyard dollar sərvəti ilə qərarlaşıb.

Reytinq cədvəlində qərarlaşan 15 rus milyarderin ümumi sərvəti isə birlikdə 156.5 milyard dollar təşkil edib.

Əslən azərbaycanlı olan Vahid Ələkbərov Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “Lukoil” şirkətinə prezidentlik edir. “Şərəf nişanı” və Dostluq ordenləri, “Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə” medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur.

O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının – 793 milyarderin siyahısında 37-ci yeri tutub.

bill qeyts


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam