Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

AZAL-ın dövlət büdcəsinə borcu kəskin artıb

“Azərbaycan Hava Yolları” (AZAL) QSC üzrə 2015-ci ildə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 2,9 dəfə, 2014-cü illə müqayisədə isə 2,2 dəfə artaraq 31 milyon 894,3 min manata çatıb.

Xeberinfo.com:  Bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.

Həmçinin, hesabat dövründə şirkət üzrə dövlət büdcəsinə olan borcun həcmi 11 milyon 312,1 min manat və ya 243 dəfə artaraq 11 milyon 358, 7 min manat, artıq ödəmələrin həcmi 45 milyon 527, 7 min manat azalaraq 1,2 min manat təşkil edib.

Həmin dövrdə “Azərbaycan Dəmir Yolları” QSC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 3,5 dəfə, 2014-cü illə müqayisədə isə 2 dəfə artaraq 6 milyon 660,8 min manata yüksəlib. Habelə, hesabat ilində cəmiyyət üzrə dövlət büdcəsinə olan borcun həcmi 4 dəfə artaraq 3 milyon 702,7 min manat, artıq dövriyyənin həcmi isə 20,2% azalaraq 5 milyon 435, 8 min manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam