Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Etibar Pirverdiyevin tamahı başına bəla oldu

 

"Sumqayıt Texnologiyalar Parkı" "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevdən alınır. 

 

   "xeberinfo.com":Əldə etdiyimiz məlumata görə, artıq Hesablama Palatası zavodda yoxlamalara start verib.

    Yoxlamalara səbəb zavodda baş verən böhran və 2014-cü ildən STP-də işçilərin əmək haqlarının gecikməsi olub. Bildirilir ki, az miqdarda maaş almalarına baxmayaraq, işçilərin maaaşlarının gecikməsi artıq ciddi qalmaqal yaradıb. 

    Məlumat verən mənbənin sözlərinə görə, maaşların gecikməsinə səbəb işçilərin pullarının Etibar Pirverdiyev tərəfindən şəxsi bankı olduğu iddia edilən "Azəriqazbank"da dövriyyəyə buraxmasıdır.

    Mənbənin məlumatına görə bir neçə gündür ki, STP-də Hesablama Palatası tərəfindən audit yoxlamaları davam edir. Auditlər zavodun bütün maliyyə sistemini, gəlir-çıxarlarını araşdırdıqdan sonra yuxarı dairələrə məlumat veriblər. 

    Məlumatda iddia olunur ki, Etibar Pirverdiyevin yerinə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev gətiriləcək. Artıq bununla razılıq da əldə olunub. Həmçinin STP-də çoxlu yeyinti faktlarının üzə çıxdığı, bununla bağlı maxinasiyaların iştirakçısı olan şəxslərin vəzifələrindən çıxarıldığı iddia olunur. 

    Məlumatda o da bildirilir ki, zavodun direktoru Etibar Piriverdiyevin yaxın qohumlarından biri - xalası oğludur. 

    Qeyd edək ki, Vergilər Nazirliyi 2012-ci ilin mayında “Sumqayıt texnologiyalar parkı” (STP) MMC-ni qeydiyyata alıb. Onu “Azenco Group” MMC təsis edib. 

     Rəsmi məlumatlarda bildirilir ki, MMC-nin nizamnamə kapitalı 1000 manatdır. Texnopark rəsmən 2000-ci illərin ortalarından “AzerEnerji“ ASC-nin struktur şöbəsi kimi fəaliyyət göstərib. Onu heç də şəffaf şəkildə özəlləşdirməyiblər. 

    STP-nin “Azenco”dan ayrılması qərarı səhmdarların ümumi yığıncağında qəbul edilib. STP ən sürətlə inkişaf edən biznes strukturlardandır. STP-yə 17 elektroenergetika, maşınqayırma və s. zavodları daxildir. 

    Qeyd edək ki, STP-yə ölkə başçısı İlham Əliyev bir neçə dəfə baş çəkib. Ancaq onu STP və ya Azenco rəhbərləri yox, “AzərEnerji” prezidenti Etibar Pirverdiyev müşayiət edib. Bu da zavodun Etibar Pirverdiyevin nəzarətində olduğunu təsdiq edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam