Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Azərbaycanı NATO-nun ölkəmizdəki təlimlərində görməyə şad olarıq”

 

gurcustan

 

Gürcüstan Azərbaycanı NATO-nun bu ölkədə keçirilən təliminə qatılmağa dəvət edib

Xeberinfo.com:    Gürcü mediasına istinadən xəbərə görə, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli məlumat verib.
Ölkələr arasında dördüncü görüşdə qarşılıqlı anlaşma haqqında Memorandumun imzalanması haqqında yekun qərarın qəbul edilməsi haqda danışan gürcü nazir bildirib ki, dövlətlər arasında münasibətlərin əsasının 25 il əvvəl qoyulmasına baxmayaraq, yeni sənədin imzalanması əməkdaşlığın həyata keçirilməsi üçün daha əlverişli şərait yaradacaq.
Gürcüstanda Amerika və Britaniya hərbi qulluqçularının keçirdikləri “Noble Partner” təlimləri haqqında danışan Tinatin Xidaşeli qeyd edib ki, gələcəkdə belə təlimlər fransız, alman, türk və Azərbaycan hərbi qulluqçularının iştirakıyla təşkil olunacaq.
“Gürcüstan bu tədbirlərdə öz tərəfdarlarını görməyə şad olardı” – deyə o bildirib.
Qeyd edək ki, bu gün Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının milli müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Nazirlər görüşdə regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam