Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ağacları kəsib, yerində obyekt tikirlər - FOTOLAR

Yasamalda ağacları kəsib, yerində obyekt tikirlər - FOTOLAR

 

 

Xeberinfo.com:   Yasamal sakinləri ağacları kəsərək, yerində bina ucaldan şəxslərdən musavat.com-a şikayət ediblər. Onların sözlərinə görə, bir neçə ağacı kökündən kəsərək, yerində 4 mərtəbəli obyekt tikirlər. Üstəlik yol kənarında olan 3 ağacı da çürüməsi üçün qol-budağını kəsiblər. 
Söhbət Yasamal rayonu, Şərifzadə küçəsi 55 ünvanında tikilən qeyri-yaşayış obyektindən gedir. Şikayətdə bildirilir ki, adıçəkilən ünvanda bir neçə ağac məhv edilib və onların yerində bu obyekt tikilir. 
Əməkdaşımız bəhs edilən yerdə olub və olanları öz gözü ilə görüb. Sevda Mehdizadə və Tamilla Əhmədova adlı xanımların sifarişi əsasında tikilməkdə olan 4 mərtəbəli qeyri-yaşayış obyektinin tam önündə 3 ağacın qol-budağı kəsilib. 
Üstəlik, həmin ağacları hasara alıblar. Görünür ki, köhnə üsula əl atılıb. Ağacların bu formada kəsilməsinə səbəb tapmaq üçün onları "çürümüş və ətrafa zərərli" ağac kimi qələmə vermək istəyirlər. 
Binanın tikildiyi yerdə öncədən ağacın olub-olmaması isə tam dəqiq deyil. Çünki orada öncədən ağaclar olmuş olsa belə, ya beton altında qalıblar, ya da kökündən çıxarılıblar. Yolboyu görünən ağaclara baxanda asanlıqla kəsilən 3 ağacın əvvəlki halını bilmək olur. Yəqin tikintiyə mane olduğu üçün yaşıllıq məhv edilib. 
Sakinlər deyirlər ki, kəsilən ağacların heç biri çürük olmayıb: "Yolun kənarında olan ağaclara baxın. Arasında çürümüş, təhlükəli, kəsilməsi vacib olan ağac görürsünüz? Təbii ki, yox... Hamısı cavan ağaclardır. Camaat onun kölgəsi ilə gedib-gəlir. Yanında olan mağazaların işçiləri kölgəsində çay içirlər. Çay evləri stol qoyub, orada müştərilərə sərin yer yaradırlar. Amma belələri ağacları kəsirlər ki, onların tikintisinə mane olmasın. Hayıf deyil? Nə vaxtsa ağac əkiblər? Bu ağaclar kəsilə-kəsilə getsə, daha nə oldu? Onsuz da Bakıda yaşıllıqdan əsər-əlamət qalmayıb. Bunlar da bir yandan kəsirlər. Ağacları qəsdən bu hala salıblar ki, çürüsün, rahat kəssinlər. Bəlkə də dibinə zəhər də tökürlər. Əsas odur, ağac olmasın. Cərimə ödəmədən ağacdan xilas olsunlar. Məlumat lövhəsinə inansaq, 8 günə tikinti bitməlidir. Amma bu tikinti bu templə bir neçə aya ancaq bitər. Deməli, ağacın çürüməsi üçün yetərincə vaxtları var". 
"Ölkədə tez-tez ağac əkilir, yaşıllığın qorunması üçün çalışırlar. Bir yandan da kəsirlər" - deyən Yasamal sakini Səfurə Dadaşova, tikinti sahiblərinin cəzalanmasını istəyir: "Ağac kəsmək üçün icazə almalı, bunun üçün ödəniş edilməlidir. Həmin ödənişlə də yeni ağaclar əkilir. Bu qaydanın özü belə, tam ürəkaçan olmasa da, ən azından ağaclar əkilir. Qanunsuz ağac kəsənlərə isə bir neçə min manat cəza kəsirlər. Bundan da qorxmurlar. Aidiyyəti qurumlar haraya baxır? Cərimə tədbirləri görsünlər. Bizim gücümüz şikayətə çatır. Onların isə yüksək səlahiyyətləri var. Ağac, yaşıllıq insanlar üçün vacibdir. Onsuz da hava yetərincə kirlidir. Ağacların kəsilməsi insanların həyatı ilə oynamaqdır". 
 











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam