Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Vəli Ələsgərov xilas olur?

veli

“Ləğv edilmiş Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərova qarşı işgəncələr dayandırılıb”.

Xeberinfo.com:    Bunu Azadlıq Radiosuna Vəli Ələsgərovun vəkili Vüqar Xasayev bildirib.

Vəkilin dediyinə görə, bu məsələ ictimailəşdirildikdən sonra bütün qanunsuzluqlara son qoyulub: “İnternet vasitəsilə hər gün əlaqə saxlayırıq. İstintaq hərəkətləri olacaqsa, o zaman müdafiə etdiyim şəxslə canlı təmasa ehtiyac olacaq. Hələlik elə bir ehtiyac yaranmayıb”.

Vüqar Xasayev ölkə prokurorluğuna müraciət etdiklərini də söyləyib: “Bizim müraciətimizdə göstərilir ki, bu cinayət işi Naxçıvan prokurorluğundan alınaraq, Baş Prokurorluğun bölmələrindən birinə tapşırılmalıdır. Artıq müraciətimiz Baş Prokurorluğa çatıb və onların reaksiyasını gözləyirik”.

Vəkilin sözlərinə görə, Vəli Ələsgərov martın 7-də həbs edilib. Martın 29-da həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib: “Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb. Ancaq müdafiə etdiyim şəxs bu ittihamların hamısını rədd edir”.

“AzPolitika” xatırladır ki, Vüqar Xasayev bundan əvvəl keçmiş nazirin istintaq prosesində təhqir və işgəncələrə məruz qaldığını bildirmişdi. Onu Eldar Mahmudovla MR rəhbərliyinin əleyhinə əməkdaşlıqda ittiham edirlər. Ötən həftə isə V.Ələsgərov vəkilin dili ilə “yuxarıları” təhdid etmişdi. “Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda ev dustağı olan Vəli Əsgərovun əlində çox ciddi faktlar var. Əlimizdə elə faktlar var ki, dövlətçilik naminə açıqlamırıq. Ortada yüksək rütbəli, vəzifəli şəxslər tərəfindən törədilən faktlar var. Vəli Əsgərovun adını qoyurlar ki, guya dövlətə, Vasif Talıbova xəyanət edib. Əslində isə ortada belə bir fakt yoxdur. Vəli Əsgərov ”yıxılan”dan sonra çox yüksək rütbəli məmurlar dövlətçiliyə xələl gətirən addımlar atırlar. Mən həmin adamların yerinə xəcalət çəkirəm. Hələlik adlarını çəkmirik”, deyə, V.Xasayev bildirmişdi.

Şübhəsiz ki, vəkil bu mesajı məhz müvəkkilinin istəyi ilə vermişdi və belə görünür ki, sabiq nazir bununla öz istəyinə çatıb. Ona qarşı işgəncələr dayandırılıb və hətta internetdən sərbəst istifadəsinə də şərait yaradılıb. V.Ələsgərovun əks-hücuma keçdiyini onun ağır maddələrlə ittiham olunmasına baxmayaraq, ev dustaqlığına buraxılması da sübut edir. Sual olunur: Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham olunan bir şəxs barəsində martın 7-də həbs qətimkan tədbiri seçildiyi halda, onun cəmi 22 gündən sonra yenidən (Sabiq nazir vəzifəsindən çıxarıldıqdan sonra ev dustaqlığında idi – R.Ə.) ev dustaqlığına buraxılması hansı zərurətdən irəli gələ bilərdi?Açıq-aşkar görünür ki, 4-5 aylıq müdafiədən sonra sabiq nazir hücuma keçməyə qərar verib və bu taktika işə yarayıb. Başqa sözlə, V.Ələsgərovun əlindəki kompromatlarla effektiv davranışı onu həbsdən xilas edib. Çox böyük ehtimalla, bundan sonra V.Ələsgərovla anlaşmağa cəhdlər olunacaq və onun ittiham olunduğu maddələr daha yüngüllərilə əvəz olunacaq. Müəyyən müddətdən sonra isə o, tamamilə sərbəst buraxılacaq və ölkəni tərk edəcək.

Hadisələrin bu istiqamətdə inkişafı təəccüblü olmayacaq. Zarafat deyil, adam 15 il Naxçıvan MTN-in başçısı olub. Belə görünür ki, bir sıra riskli hərəkətlərə də qol qoyub. Belə olduqda ağlı başında olan istənilən adam gələcək təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməli idi. V.Ələsgərov eynilə Eldar Mahmudov kimi çox sirlərin daşıyıcısıdır. Belə adamların əllərindəki kompromatlar onların həyat sığortasıdır. V.Ələsgərovun bu “sığorta”dan məharətlə istifadə etdiyini müşahidə etməkdəyik…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam