Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Tədris ilinin müddətinin uzadılmasına səbəb

 

     

    Təhsil Nazirliyi Azərbaycanda tədris ilinin müddətinin hansı səbəblərlə əlaqədar iyun ayında dərslərin keçirilməsi hesabına artırılmasının nəzərdə tutulduğunu açıqlayıb.

      "xeberinfo.com": Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda istirahət və bayram günləri, eləcə də tətil günləri nəzərə alınmadıqda 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə il ərzində 197 gün dərs keçirilir. Buna görə də şagirdlər ildə 201 və ya 168 gün istirahət edirlər. Amma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda isə 32 həftədir: "Mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır. Təxminən 105 günlük tətil ərzində şagirdlər vaxtlarını o qədər də səmərəli keçirə bilmirlər. Biz də istəyirik ki, bizim məktəblilər təhsil ilindən o qədər uzaq qalmasınlar. Tədris həftələrinin çox olması şagirdlərin tədrisə tez uyğunlaşmasına şərait yaradacaq".

Qeyd edək ki, Hazırda Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır və mayın 31-də yekunlaşır. Növbəti tədris ilindən isə Azərbaycanda tədris ilinin müddətinin uzadılması nəzərdə tutulur. Tədris ilinin iyunda 3 akademik həftənin əlavə edilməsi hesabına uzadılacağı gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam