Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazir rüşvətxor rəisi işdən qovdu

 

 

Göyçay rayon yol polisi şöbəsi rəisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntü səbəbindən Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsinin Göyçay Rayon Polis İdarəsində apardığı yoxlamalar başa çatıb.
 
      "xeberinfo.com": Bu barədə “Axar.az”ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Nazirlik sözçüsü qeyd edib ki, artıq yekun rəy DİN rəhbərliyinə təqdim edilib: “Göyçay RPŞ-nin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri cənab Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam