Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“SOCAR Türkiyə”nin baş direktoru dəyişdi

kenan yavuz

 

SOCAR Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov “SOCAR Turkey Energy” şirkəti İdarə Heyətinin bugünkü qərarı ilə “SOCAR Turkey Energy”nin baş direktoru təyin edilib.

Xeberinfo.com:  Z.Qəhrəmanov bu vəzifədə 2008-ci ildən tutduğu postdan istefa verən “SOCAR Turkey Energy”nin baş icraçı direktoru (CEO) Kənan Yavuzu əvəz edəcək.
“SOCAR Turkey Energy”dən “APA-Economics”ə bildirilib ki, İdarə Heyətinin sədri Vaqif Əliyev K. Yavuza “SOCAR Turkey Energy” şirkətində bu günə qədər göstərdiyi fəaliyyətə görə təşəkkür edib və Z.Qəhrəmanova yeni vəzifəsində uğurlar arzu edib: “Kənan Yavuz fəaliyyəti ərzində “SOCAR Turkey” şirkətinə xidmət edib, onun rəhbərliyi altında Şirkət uğurlara imza atıb. CEO fəaliyyəti ərzində o, həm şirkətimizin investisiyalarının Türkiyədə daha geniş miqyasda yayılmasına, həm də Türkiyənin enerji sektorunda rəqabətədavamlı bir oyunçu halına gəlməsi üçün böyük dəstək verib. Kənan Yavuz Qrup Şirkətlərimizdəki İdarə Heyətinin üzvlüyünü davam etdirəcək”.
V.Əliyev Z.Qəhrəmanovun 8 ildən artıq müddətdə SOCAR tərkibində çox önəmli vəzifələr icra etdiyini xatırladaraq, onun beynəlxalq rəqabətçiliyin artırılması, şirkətin beynəlxalq mövqeyinin güclənməsi və dərinləşməsinə ciddi töhfələr verərək tutduğu vəzifələri uğurla icra edib. “Ona yeni baş direktorluq vəzifəsində uğurlar arzu edirəm. Əminəm ki, “SOCAR Turkey” şirkətinin uğurlarına və iki qardaş ölkənin enerji sektorundakı gücünə əlavə dəyər qatacaq”, – deyə İdarə Heyətinin sədri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam