Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

2 yeni metro stansiyası istifadəyə verildi

D

 

“Bakı Metropoliteni” QSC-nin “Bənövşəyi” xəttinin iki stansiyası istifadəyə verilib.

 

Xeberinfo.com:   “Report” xəbər verir ki, bu gün “Avtovağzal” və “Memar Əcəmi-2″ stansiyalarının açılışı keçirilib.
Qeyd edək ki, “Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanılıb.
Artıq aprelin 1-dən “Memar Əcəmi” stansiyasında sərnişinlərin hərəkətini nizamlamaq məqsədilə metroda giriş və çıxışın yeri dəyişdirilib. Belə ki, “Memar Əcəmi” stansiyası Bakı Metropoliteninin üçüncü, “Bənövşəyi xətt”inin ilk iki stansiyası – “Avtovağzal” və “Memar Əcəmi-2″ ilə keçid stansiyasıdır. Yeni stansiyalar istismara verildikdən sonra, bu üç stansiyanın sərnişinlərinin hərəkətində toqquşma yaranmaması üçün bu gündən “Memar Əcəmi”nin giriş və çıxış yeri də dəyişdirilib.
“Memar Əcəmi-2″ stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılıb. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. “Memar Əcəmi-2″-də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayı 17-dir. Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən “Yaşıl” və “Bənövşəyi” xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. “Memar Əcəmi-2″ – “Bənövşəyi xətt”dən mövcud “Yaşıl xətt”ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan “Memar Əcəmi” stansiyasına keçməklə, “Yaşıl xətt”ə daxil olan stansiyalardan istifadə edə biləcəklər.
Stansiyada 7 vaqonlu qatarların olması nəzərdə tutulub, amma ilkin olaraq 5 vaqonlu qatarlar hərəkət edəcək.
“Bənövşəyi xətt” 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzadılması planlaşdırılır.
“Avtovağzal” stansiyasının isə 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki imkanları məhdud insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra “Bənövşəyi xətt” üzrə tikiləcək stansiyaların paltformasının uzunluğu 144 metrdir. “Avtovağzal” stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə, Biləcəri istiqamətində, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam