Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İki məmur arasında savaş

 

      "xeberinfo.com"; Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin münasibətlərində gərginlik yaşandığı barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, hələ bir müddət əvvəl Rövnəq Abdullayevin qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq yeni binalara qaz çəkilməsi təklifi ilə çıxış etməsi onunla “fövqəlnazir” arasında ziddiyyətlərin yaranmasına səbəb olub. Binalar yalnız dövlət qeydiyyatına alındıqdan sonra onlara qaz verilir. 

      Binaların dövlət qeydiyyatına alınması üçün Fövqəladə Hallar Nazirliyi arayış verməlidir. Kəmaləddin Heydərov isə bu arayışı vermək üçün tikinti şirkətlərinə ağır şərtlər irəli sürür. Bu baxımdan da binaların əhəmiyyətli hissəsinin dövlət qeydiyyatına alınması müşkülə çevrilib. Bəs Rövnəq Abdullayevin təklifi niyə Kəmaləddin Heydərovun ürəyincə olmayıb? Çünki binalara qaz veriləcəyi təqdirdə onlar avtomatik olaraq qeydiyyata alınmış hesab olunacaq. Beləliklə də Kəmaləddin Heydərovun iqtisadi maraqlarına ciddi zərbə dəyəcək.

ARDNŞ prezidenti ilə “fövqəlnazir” arasında növbəti toqquşma Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin rəisi Aydın Bəşirovun  Rauf Vəliyevlə əvəzlənməsi oldu. Aydın Bəşirov Kəmaləddin Heydərovun komandasına daxil idi. Rauf Vəliyev isə Rövnəq Abdullayevə yaxın kadr sayılır. Bununla da ARDNŞ prezidenti adıçəkilən idarəni “fövqəlnazir”in nəzarətindən çıxardı.

Nurçulara qarşı hərəkətlənmə başlayanda Kəmaləddin Heydərova yaxın media orqanları Rövnəq Abdullayevin də adını bu məsələdə hallandırmağa başladılar. Kəmaləddin Heydərovun informasiya savaşından qorunmaq üçün Rövnəq Abdullayev də media holdinq yaratmaq qərarın gəldi. Bu barədə ötən günlərdə geniş məlumat yayılıb. 

Məlumatlara görə, hazırda Rövnəq Abdullayevlə Kəmaləddin Heydərov arasında gərginlik pik həddədir. “Fövqəlnazir”in nəzarətində olan media orqanlarında vaxtaşırı Rövnəq Abdullayevin əleyhinə məlumatların yayılması da bunun təzahürüdür. Dünən də ARDNŞ prezidentinin doğum günü ilə bağlı məlumat yayılıb. Həmin məlumatda bildirilir ki, Rövnəq Abdullayevin ad günü ilə bağlı neft şirkətində xüsusi hazırlıq görülüb. Aydın olur ki, Ilham Əliyevin dəfələrlə məmurlara xəbərdarlıq etməsinə baxmayaraq Rövnəq Abdullayev doğum gününün təmtəraqlı qeyd edib. Bu məlumatın Kəmaləddin Heydərova yaxın saytlarda tirajlanması təsadüfi sayılmır. Bu artıq ARDNŞ prezidentinə qarşı açıq savaş kimi qiymətləndirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam