Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Cahangir Əsgərov Gürcüstanda 155 otaqlı otel tikdirib

 

Cahangir Əsgərov Gürcüstanda 155 otaqlı otel tikdirib

 

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Gürcüstanın Batumi şəhərində otel inşa etdirib. “Qazelli” adlanan oteli Türkiyənin inşaat şirkəti ərsəyə gətirb. 

Xeberinfo.com:  Bu barədə Qaynar.info-ya qonşu ölkədəki mənbələrdən məlum olub. Məlumata görə, otel təxminən 35 milyon dollara başa gəlib. 155 otağı olan otel 4 ulduzludur. Yaxın vaxtlarda otelin təntənəli açılış mərasiminin baş tutacağı gözlənilir.   

Qeyd edək ki, “Qazelli” AZAL prezidentinin ailə üzvlərinə məxsus brenddir. Azərbaycanın yerli kosmetika məhsulları bazarının aparıcı firması olan və 1999-cu ildə yaradılan “Qazelli”yə Əsgərovun xanımı Zərifə Həmzəyeva rəhbərlik edir. 

Əldə etdiyimiz məlumata görə, hazırda bu firma fəaliyyət sahələrini xeyli genişləndirib və faktiki olaraq holdinqə - “Gazelli Group”a çevrilib. “Azərbaycanda parfümeriya və kosmetika istehsalı ilə məşğul olan ilk şirkət” ünvanını daşıyan qrupa daxil olan şirkətlər artıq bir çox başqa sahələrdə, o cümlədən, turizm və otelçilikdə də irimiqyaslı işlərlə məşğuldur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam