Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Şəhid leytenantın apreldə toyu olmalı imiş

shehid leytenantErməni təxribatı zamanı şəhid olan zabit toyuna görə bir neçə günə evlərinə qayıtmalı idi.

Xeberinfo.com:  Erməni təxribatının qarşısını alan zaman şəhid olan hərbçi dəfn edildi. Azərbaycan-Ermənistan  dövlət sərhədində düşmənlə baş verən döyüş toqquşmasında həlak olan Silahlı Qüvvələrimizin zabiti Qalib Zülfüqarlının cənazəsi bu gün Lənkəranda ailəsinə təhvil verilib. Şəhid zabit doğulduğu Vilvan kənddində torpağa tapşırılıb.

Hərbi akademiyanın məzunu olan 24 yaşlı Qalib Zülfüqarlı Qazax  rayonunda xidməti vəzifəsini  yerinə yetirərkən düşmən tərəfdən mövqelərimizə açılan atəş nəticəsində həyatını itirib. Şəhid zabitin dəfn mərasimində  doğmaları ilə yanaşı rayon  rəsmiləri, kənd ictimaiyyəti, xidmət etdiyi hərbi hissəsnin əsgər və zabit heyəti iştirak edib. Vətən uğrunda canından keçən şəhid  zabit yaylım atəşi  ilə torpağa tapşırılıb.

Şəhid zabit dəfn edildikdən sonra Azərbaycan bayrağı əmanət kimi  atasına təqdim edilib. Yaxınlarının verdiyi məlumata görə, Zülfüqarlılar ailəsinin ilk övladı olan Qalib yaxın günlərdə evə dönməli, aprel ayında toyu olmalı  imiş. Qalibin atası Laim kişi ehtiyatda olan  hərbi qulluqçudur. (ANS PRESS)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam