Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nərimanovda növbəti qrup “Ölkəmizi tanıyaq” devizi ilə ölkə turuna yola salınıb - FOTOLAR

 

Xeberinfo.com:  Bu gün Nərimanov rayonun məktəblilərindən ibarət növbəti qrup ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən, müxtəlif şəhər və rayonlardan olan şagirdləri əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində Naxçıvana yola salındılar. Məktəblilərə tur boyunca bələdçi, müəllim və tibb işçisi nəzarət edəcəkdir.

Yolasalma mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev məktəblilərin sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlarını qeyd edib və şagirdlərə uğurlar arzulayıb.

Məktəbliləri yola salan müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam