Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Gömrük rüsumu azaldıla bilər" - Aydın Əliyev (VİDEO)

 

Azərbaycana idxal edilən bir sıra məhsulların gömrük rüsumu azaldıla bilər.

 

Xeberinfo.com:   Xəzərxəbər-ə istinadən xəbərə görə, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, bu azaldılmalar əsasən xammal və Azərbaycan mənşəli məhsulların istehsalı üçün komponentlərin idxalı üzrə gömrük rüsumlarına aid ediləcək.

Aydın Əliyev qeyd edib ki, iki ay ərzində Azərbaycana siqaret idxalı 6 dəfə azalıb.

Onun sözlərinə görə, İran və Gürcüstanla vizasız rejimdə olduğumuz üçün işbazlar bundan öz məqsədləri üçün istifadə edir. Azalma ilk növbədə ölkəyə guya şəxsi ehtiyaclar üçün gətirilən, lakin kommersiya məqsədləri üçün istifadə edilən tütün məhsullarının ölkəyə idxal hallarının qarşısının alınması ilə bağlıdır.

Aydın Əliyevin iştirakı ilə baş tutan "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" adlı konfransda ixracın stimullaşdırılması, sahibkarların gömrük rəsmiləşdirilməsində qarşılaşdığı problemlərə toxunulub. Konfrans zamanı emal gömrük rejiminin tətbiqi də təklif olunub. Yəni, idxalçı malı gömrük komitəsinin icazəsi ilə rüsum və vergi ödəmədən gətirməli və müəyyən müddətdə emal edib ixrac etməldir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam