Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanlı oliqarxa qarşı 2 milyard 160 milyon dollarlıq borc tələbi

Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılova qarşı irəli sürülən borc iddialarının ümumi məbləği 2 milyard 160 milyon dollardır.

Xeberinfo.com:  Virtualaz.org xəbər verir ki, bu barədə informasiya müflisləşmə barədə məlumatların vahid federal Reyestrinin saytında yerləşdirilib. İndiyədək T.İsmayılova qarşı qaldırılmış borc iddialarının cəmi 600 milyon dollara yaxın olduğu bildirilirdi. Lakin Rusiya mətbuatı yazır ki, T.İsmayılovdan borcunu istəyənlərin sayı sürətlə artıb və kreditorlar bir-birinin ardınca ona qarşı iddia qaldırıblar. Bu proses T.İsmayılovun müflis kimi tanınmasına dair məhkəməyə müraciət etməsindən sonra sürətlənib.

T.İsmaılovdan pul istəyənlərin sırasında Rusiynın “Rostex” dövlət korporasiyasının rəhbərinin dostu olan Vitali Maşitski də əlavə olunub. İsmayılovun na 27.5 milyon dollar borcu var.

Lakin T.İsmayılov heç kimə borc qaytarmağa hazırlaşmır, çünki rəsmən müflisdir. Ötən il dekabrın 21-də Moskva Arbitraj məhkəməsi T.İsmayılovu müflis elan edib və onun şirkətinin əmlakının hərraca çıxarılması haqda qərar verib. Lakin AST şirkətlər qrupu məhkəmədən xahiş edib ki, bu iş üzrə icraatı dayandırsın, çünki şirkətin heç bir əmlakı qalmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam