Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda canımıza qəsd edənlər: Bina ucaldıb, ömür qısaldırlar - FOTOLAR

Bakıda canımıza qəsd edənlər: Bina ucaldıb, ömür qısaldırlar - FOTOLAR

 

 

Bakıda tikinti sektorunda özbaşınalığın olması, nəzarətsizliyin hökm sürməsi bir çox problemlərin yaranmasına səbəb olur. Bu problemlərin başında isə tikinti aparılan ərazilərdə təhlükəsizlik tədbirlərinə əməl edilməməsidir. 
Xeberinfo.com:  Nəzarətsizliyin nəticəsi isə təbii ki, ağır olur. Ya tikintidə çalışan fəhlələr, ya da inşaatın yaxınlığından keçən insanlar xəsarət alır və ya dünyasını dəyişir. Tikinti sahələrində vəziyyəti daha da təhlükəli edən Bakının sərt küləyidir. 
Belə faciələrdən birinə təəssüf ki, bu yaxınlarda şahidlik etdik. Parlament prospektində 20 nömrəli məktəbin yeni binasının inşası zamanı ərazinin yaxınlığında olan iki piyada qadının başına dəmir borular düşdü. Nəticədə onlardan biri hadisə yerindəcə dünyasını dəyişdi, digəri isə ağır yaralandı.
Bu faciə bir daha onu göstərdi ki, tikinti işlərinin davam etdiyi bütün ərazilərdə belə hadisələr qaçılmazdır. Artıq uzun illərdir ki, paytaxt Bakının istənilən yerində ticarət obyektlərinin, yaşayış binalarının tikintisi sürətlə davam edir. Tikinti gedən ərazilərin böyük əksəriyyəti də insanların sıx hərəkət etdiyi piyada yollarının, avtomobil yollarının yaxınlığındadır. 
İnşaat ərazilərində istər fəhlələrin, istərsə də yoldan keçən insanların təhlükəsizliyinin təmin edilməməsi baş verən qəzalardan sonra bir daha gün üzünə çıxır.
Günü bu gün də Bakıda davam edən inşaat işlərinə nəzər yetirdikdə şirkətlərin təhülkəsizlik qaydalarına əməl etməyini açıqca görmək mümkündür. Bu, həm şirkətlərin məsuliyyətsizliyi, həm də tikinti sahəsində təhlükəsiliyə nəzarət etməli olan qrumların laqeyidliyindən irəli gəlir.
Bakıda davam edən tikintilərə nəzarətdə “ayrıseçkilik” də hökm sürür. “Ayrıseçkilik” ondan ibarətdir ki, şəhərin mərkəzində və paytaxtdan kənarda fərqli mənzərə var. Paytaxtın mərkəzi küçələrində davam edən inşaat işlərində təhlükəsizlik tədbirlərinin qismən yerinə yetirildiyini görmək mümkündür. 
Tikinti gedən sahənin ətrafı xüsusi örtüklə bağlanır, piyadaların hərəkəti üçün nəzərdə tutulan yolda təhlükəsizlik tədbirləri görülür. Bu sadaldıqlarımız “Sahil” metrostansiyasının çıxışındakı çoxmərtəbəli binanın tikintisi zamanı da müşahidə etmək olar. İnşaat ərazisində təhülkəsizlik qaydalarına tam şəkildə əməl olunduğunu demək mümkündür. 
Lakin paytaxtdan uzaqlaşdıqca bu sadaladıqlarımızı görmək, demək olar ki, mümkünsüzdür. Tikinti şirkətləri öz bildikləri şəkildə işlərini davam etdirirlər. Nə təhlükəsizlik zolağı var, nə də piyada yolu... Piyadalar da məcburən inşaat gedən ərazidən keçməli olurlar.
Bu fərqli mənzərəni Nəsimi rayonu, 5-ci mikrorayon ərazisində də görmək mümkündür. Burada davam edən inşaat işlərində demək olar ki, bütün qaydalar pozulur. Nə fəhlələrin, nə də piyadaların təhlükəsizliyi nəzərə alınmır.
Bu binaların biri də rayonun “20 yanvar” küçəsi ilə Cavadxan küçələrinin kəsişdiyi ərazidə inşa edilir. Tikintisinə 2013-cü ildə başlanılan yaşayış binası az qala iki insanın həyatına son qoyacaqdı.
Hazırda tikintisi davam edən binanın yaxınlığında yaşayan 73 yaşlı Sevil Vəliyeva 12 yaşlı nəvəsi ilə inşaat ərazisinin yaxınlığından keçərkən üstlərinə daş düşüb. 
S.Vəliyeva musavat.com-a açıqlamasında hadisənin təfərrüatlarını danışıb. Belə ki, ötən ilin dekabr ayında nəvəsi ilə evinə gələn S.Vəliyevanın üstünə yolda tikintisi davam edən çoxmərtəbəli binadan daş düşüb. Xoşbəxtlikdən 12 yaşlı qız xəsarət almayıb. Daş 73 yaşlı qadının əlinə və bel nahiyyəsinə dəyib. 
73 yaşlı qadın hadisənin baş verdiyi anı belə xatırlayır: “Hər gün getdiyimiz yoldur. Nəvəmi məktəbə mən aparıb, gətirirdim. Binanın qarşısından keçəcək başqa yol da yoxdur. Hər kəs məcbur qalıb, həmin yolu seçir. Binanın yanından keçərkən yuxarıdan daş düşdü. Bəxtimiz gətirdi ki, uşağa dəymədi, mənim də başıma düşmədi. Baş barmağım çatlamışdı. Belimdə də ciddi zədə əmələ gəlib. İki aya yaxındır ki, belimdən müalicə olunuram”. 
Sakinlərin sözlərinə görə, hazırda bina inşa edilən ərazi əvvəl yaşıllıq olub. Tikinti başlayan zaman sakinlər rayon icra hakimiyyətinə müraciət ediblər. Həmin yaşıllıq məhv edilərkən sakinlərə bildirilib ki, ərazidə dövlət əhəmiyyətli bina tikiləcək. Lakin həmin bina sonradan yaşayış binası “olub”.
Tikinti başlayandan bu günədək ətrafda heç bir təhlükəsizlik zolağı çəkilməyib. İnşaat gedən ərazinin yaxınlığında 54 saylı orta məktəb və xeyli sayda yaşayış binası var. Və hər gün bu ərazidən yüzlərlə insan keçir.
Zərərçəkmiş S.Vəliyeva qarşılaşdığı hadisənin hər an başqa sakinlərin də başına gələ biləcəyini deyir:“Güclü külək əsəndə də binadan tikinti materialları tökülür. Mən özüm oradan keçməkdən qorxuram. Buradan məktəblilər də keçir. Amma bu günə qədər tədbir görən yoxdur”.
S.Vəliyeva xəsarət aldıqdan sonra binanın sahibinə yaxın olan şəxslər yaşlı qadının evinə gələrək, şikayət etməməsini xahiş ediblər. Bunun üçün ona pul da təklif olunub. Lakin S.Vəliyeva deyir ki, o, bundan imtina edib və yalnız müalicə xərclərinin qarşılanmasını istəyib. Ancaq qarşı tərəf daha sonra bundan imtina edib. Hazırda yaşlı qadın öz hesabına müalicəsini davam etdirməyə çalışır. 
Hazırda Bakının müxtəlif yerlərində tikinti işlərinin davam etdirildiyini nəzərə alsaq, bu cür facilərlə yenə də qarşılaşmağımız gözlənilməz olmayacaq. Çünki qeyd etdiyimiz kimi, tikinti sahəsində təhlükəsizlik qaydalarına əməl edilmir. Tikinti şirkətlərinin özbaşınalığı, müvafiq qurumların məsuliyyətsizliyi hələ çox faciələrə səbəb ola bilər. 
Bizə düşən isə öz təhlükəsizliyimizi özümüzün təmin etməsidir. Tikinti gedən ərazilərdən keçərkən özümüz-özümüz qorumalıyıq...
Musavat.com 










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam