Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

2 icra hakimiyyətinə rüşvət ittihamı

2 icra hakimiyyətinə 1 ittiham - rüşvət

 

 

Dövlət qurumları ilə əlaqəli daha iki rüşvət qalmaqalı mətbuatda müzakirə mövzusuna çevrilib. Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanındakı 13X36 metrlik ərazi 2 il öncə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sahibkar Ramiz Cəbrayıllıya verilib.
Xeberinfo.com:  Məlumatlara görə, sahibkar torpağı 500 min manata alb. Həmin vaxt Ramiz Cabbarlıya Yasamal rayonu ərazisində başqa yer də təklif olunub. 
Lakin iş adamı həmin təklifdən imtina edib. İstiqlal.az yazır ki, ərazidə çoxillik ağacların kəsilməsinə başlanıldıqda isə yaxınlıqdakı binanın sakinləri Prezident Administarsiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər dövlət orqanlarına müraciət ediblər. Nəticədə ərazidə aparılan işlər dayandırılıb. Şikayətçilərə də bildirilib ki, bu ərazidə ağaclar kəsilə və tikinti işləri aparıla bilməz. Lakin bugünlərdə ərazini satın almış Ramiz Cabbarlı bina sakinləri ilə görüşərək onlara müxtəlif vədlər verib. İş adamı hətta uşaqlar üçün əyləncə parkı tikməyi belə vəd edib. Lakin sakinlər onun təkliflərini qəbul etməyərək, ağacların kəsilməsinə imkan verməyəcəklərini bildiriblər. Bir gün sonra isə Ramiz Cabbarlı ərazini hasara aldırıb. Hasarlanmış ərazidə 20-yə yaxın ağac var. Məqsəd onları kəsərək yerində tikinti işləri aparmaqdır.
Yasamal rayon İcra Hakimiyyətindən bildiriblər ki, torpağın satışı ilə Yasamal Rayon İcra Hakimiyyəti məşğul olmayıb. Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, komitə bu ərazidə tikintiyə qadağa qoyub. O, torpağın Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən istifadəyə verildiyini qeyd edib. Deyib ki, ərazi icra hakimiyyətinin sərəncamı ilə istifadəyə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ərazidə ağacların kəsilməsini qadağan edib. 
Nəsimi Rayon İcra Hakimiyyəti rəsmilərinə isə 300 min manatlıq rüşvət ittihamı səsləndirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevlə Nəsimi Rayon İcra Hakimiyyəti arasındakı qalmaqal da getdikcə böyüyür. Sabiq komitə sədri virtualaz.org saytının müxbiri ilə söhbətində deyib ki, Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovun ondan 300 min manat tələb edir. R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra başçısının adından tələb olunub, əks haldab tikintiyə icazə verilməyəcəyi bildirilib.
Komitə sədri imtina etdikdə isə sahibi olduğu və Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” rotelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasına imkan verilməyib.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam