Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Vasif Talıbov Bakı polisinin rəisinə “müharibə” elan edib

 

 

      “Naxçıvan Qaz” İB-nin rəisi Səxavət Abbasov Naxçıvanda hakimiyyət dəyişikliyi cəhdində ittiham edilib; onun və general Rafiq Abbasovun yaxın qohumlarının evlərində axtarışlar aparılıb

 

      "xeberinfo.com": Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun tapşırığı ilə “Naxçıvan Qaz” İstehsalat Birliyinin rəisi Səxavət Abbasov ev dustağı edilib. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun yeznəsi (bacısının həyat yoldaşı) olan S.Abbasov “Naxçıvanda hakimiyyət dəyişikliyi etməyə cəhddə”, “Vasif Talıbova qarşı kampaniya aparmaqda” suçlandırılır. Onun iş yerində, evində, yaxın qohumlarının evində axtarışlar aparılıb.
     Məlumata görə, V.Talıbov Bakı polisinin rəisinin yaxınlarını Naxçıvana buraxmır: “Rafiq Abbasov Şahbuz rayonunun Mahmudoba kəndindəndir. Həmin kənd böyük şairimiz Məmməd Arazın kəndinə qonşu kənddir. Dağların ətəyindədir. Rafiq Abbasovun qardaşları, yaxınları orada özlərinə evlər tikdiriblər. Bir ay əvvəl onlar Mahmudobaya getmək üçün Naxçıvana gəliblər. Lakin Vasif Talıbovun əmrinə əsasən onları geri qaytarıblar. Bundan sonra tərəflər arasında ziddiyyətlər daha da dərinləşib”.
Qaynağımız deyib ki, V.Talıbov Bakıda vəzifədə olan Naxçıvan kökənli, iri ranqlı məmurları özünə rəqib bilir və hər fürsətdə onlara, yaxınlarına qarşı belə addımlar atmaqdan çəkinmir. Bu barədə qəzetimiz də dəfələrlə yazıb. V. Talıbov Naxçıvan kökənli vəzifəli məmurlardan başqa, həm də bir sıra nazirləri, Naxçıvanda strukturu olan sahə rəhbərlərini də saya salmır.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam