Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sabiq deputatın klinikası əldən çıxır? - KREDİT BORCU

Sabiq deputat Nazim Məmmədovun klinikası əldən çıxır? - KREDİT BORCU

 

 

Sabiq deputat Nazim Məmmədovun kredit borcu rəhbərlik etdiyi “Loğmed” klinikasının işinə problem yaradıb.
Xeberinfo.com:   Məlumata görə, bankın problemli kreditlər şöbəsinin 10-a yaxın əməkdaşı klinikaya gəlib və qapıları bağlayıb. 
Bank əməkdaşları borcun faizlərlə birlikdə dərhal ödənilməsini tələb edib. Sabiq deputatın qayınatası professor Rüfət Rüstəmov da klinikaya gəlib. O, bank əməkdaşları və bankın rəhbərliyi ilə danışıqlar aparıb, bir neçə günlük möhlət ala bilib. 
Bundan sonra Nazim Məmmədov iki avtomobilindən birini satıb, “Loğmed” klinikasını isə satışa çıxarıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, sabiq deputatın banka 200 min manat kredit borcu var. 
Nazim Məmmədov musavat.com-a açıqlamasında klinikasının bağlanması xəbərinin həqiqəti əks etdirmədiyini dedi. Onun sözlərinə görə, bu cür xəbərlər ona qarşı aparılan əks kampaniyadır.
Sabiq deputat hazırda Moskvada olduğunu, klinikasının isə işlədiyini bildirdi: "Moskvaya dünən gəlmişəm. Klinika həmişə olduğu kimi işləyir. Heç bir kredit borcum yoxdur. Bunları sizdən eşidirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam