Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanın reytinqi aşağı salındı

 

Standard & Poor's beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyuta üzrə uzunmüddətli kredit reytinqini bir pillə aşağı salıb.

Xeberinfo.com:   “The Financial Times”ə istinadən xəbərə görə , agentlik bunu neftin və qazın ucuzlaşmasının nəticəsi olaraq Azərbaycanın iqtisadi göstəricilərinin pisləşməsi ilə əsaslandırır.

Standard & Poor's eyni zamanda bildirir ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında 1 faiz geriləmə proqnozlaşdırılır. Bu proqnozun Beynəlxalq Valyuta Fondu tərəfindən də bölüşdüyü göstərilir. BVF qeyd edir ki, bu, 1995-cı ildən bu yana Azərbaycanda qeydə alınan ilk iqtisadi geriləmə olacaq.

Agentlik Azərbaycanın uzunmüddətli kredit reytinqini BB+ səviyyəsində müəyyən edərək göstərib ki, Mərkəzi Bankın rezervlərinin üçdə ikisinin son 18 ayda tükədilməsi nəticəsində ölkə iqtisadiyyatı üçün “xarici risklər artır”. Reytinq agentliyi Azərbaycanın hazırda manatın daha da ucuzlaşmasının qarşısını almaq üçün mübarizə apardığını bildirir və qeyd edir ki, milli valyutanın ucuzlaşması nəticəsində adambaşına düşən Ümumi Daxili Məhsul dollar ekvivalenti ilə 2014-2016-cı illər ərzində iki dəfə azalmış olacaq.

Agentlik həmçinin bildirir ki, Azərbaycan növbəti üç il üçün büdcə kəsirini aradan qaldıra bilməyəcək. Xəbərdarlıq edilir ki, hökumət “sosial sabitliyi saxlamaqla bərabər xərcləri də nəzarət altında saxlamaqda çətinlik çəkə bilər”.

Gözlənilir ki, Standard & Poor's -un ardınca Moody agentliyi də Azərbaycanın kredit reytinqini bir pillə aşağı salacaq. Bu isə o deməkdir ki, Azərbaycan xarici maliyyə bazarlarından vəsaiti daha yüksək faizlə cəlb etməli olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam