Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Texnika Bank” da bağlandı

 

Azərbaycanda daha bir bankın lisenziyası ləğv olunub.

 

Xeberinfo.com:   Məlumata görə, Mərkəzi Bankın ötən gün keçirilən iclasında “Texnika Bank”ın  lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edilib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq.

“Texnika Bank” Müşahidə Şurasının sədri Etibar Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət orqanlarının qərarı nə olacaqsa, ona  hörmətlə yanaşacağıq: “Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”.

***

Məlumata görə, artıq bankın əməkdaşlarına lisenziyanın ləğv olunması ilə bağlı məlumat verilib.

Xatırladaq ki, banka bir müddət Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev rəhbərlik etmişdi və adı dəyişdirilərək "Bank Technique" adlandırılmışdı. Ötən ilin oktyabr ayında isə Etibar Əliyev yenidən bankın rəhbərliyinə gətirilmişdi. Ona bankı defolt vəziyyətdən çıxarmaq həvalə olunmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam