Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Peşə məktəblərinin və kolleclərin sayı azaldılacaq

download

 

Azərbaycan Təhsil Nazirliyi orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı təkliflər hazırlayır.

 

Xeberinfo.com:   Məlumata görə, bunu Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı məsələ “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da qarşıya qoyulub: “Biz artıq orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması istiqamətində bir sıra işlər görmüşük, bu sahədə işçi qrup yaradılıb. Hazırda rasionallaşdırma ilə bağlı müvafiq təkliflər hazırlanır”.
R.Orucov əlavə edib ki, yeni təkliflər ilk növbədə orta ixtisas və ilk peşə təhsili müəssisələrinin sayının azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, regionların inkişafının təmin edilməsi üçün həmin müəssisələrin profilləşdirilməsi də təklif ediləcək. Profilləşdirmə zamanı ilk növbədə regionların inkişafı, hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək.
Qeyd edək ki, Azərbaycanda 113 ilk peşə təhsili müəssisəsi (25 mindən çox şagird təhsil alır), 61 orta ixtisas təhsili müəssisəsi (60 min nəfərdən çox tələbə təhsil alır) fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam