Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sədr Azəryolservis ASC-də niyə yenilik edə bilmədi?

 

Nəqliyyat naziri Ziya Məmmədovun bu ilin fevral ayının 10-da imzaladığı əmrlə Saleh Məmmədov müvəqqəti olaraq Azəryolservis ASC-yə sədr təyin edilib.

Xeberinfo.com:   Hələ də bu günə qədər Saleh Məmmədov müvəqqəti icra etdiyi vəzifəsi ilə etimadı doğrultmayıb deyə bilərik. Bu qurumda kimlərin sədr və ya sədr əvəzi, kimlərin də sədrin müavinləri olması barədə heç bir bilgi yoxdur. Çünki qurumun rəsmi saytında da bu barədə heç bir bilgi əldə etmək mümkündür deyil. 

Saleh Məmmədov Azəryolservis ASC-də niyə yenilik edə bilmədi?
Saleh Məmmədov Azəryolservis ASC-də niyə yenilik edə bilmədi?


Gundeminfo.az-ın əməkdaşları adıçəkilən qurumun rəsmi internet saytında sədr və müavinlərlə bağlı heç bir bilgi əldə edə bilməyib. Onu da əlavə edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət qurumlarına elektron hökumətlə bağlı olaraq konkret öhdəliklər qoyulub və bu sahədə qəbul edilmiş bir sıra qanunvericilik aktlarına görə, dövlət qurumları mütəmadi olaraq elektron prtokol qaydalarına əməl etməlidirlər. 

Göründüyü kimi 1 ildən çoxdur ki, Saleh Məmmədov Azəryolservis-də rəhbər vəzifədə çalışsa da, rəsmi elektron informasiya mənbələri faktiki olaraq fəaliyyətsiz durumdadır. 

Bəlkə də S.Məmmədov müvəqqəti icra etdiyi postu ilə vidalaşacağından, bəlkə də bu vəzifədə etimadı doğrulda bilməyəcəyindən əmindir. Bu baxımdan da 1 il ərzində heç bir islahat aparmır. 

Məlumata əsasən Saleh Məmmədov uzun illər bu sistemdə çalışsa da, əslində nəqliyyat naziri Ziya Məmmədovla aralarında münasibətlər kifayət qədər soyuq olub. Elə nazirin 10 fevral tarixli əmrinin də heç də istəyərəkdən vermədiyi söylənilir. 

Bundan başqa saytımıza daxil olan məlumata görə, Azəryolservisin dövlət qurumları ilə fəaliyyətini əlaqələndirməsi prossesində də problemlər mövcuddur. Cavid Qurbanovun Dövlət Dəmir Yolları İdarəsinə rəis təyinatından sonra xüsusilə ölkənin magistral yollarında mövcud olan problemlər qalmaqdadır. Dövlət Yol Polisi İdarəsindəki mənbələrimiz bildirir ki, ölkənin daxili əhəmiyyətli yollarında hazırda 70 mindən çox yol nişanı çatışmır. Yol nişanlarının çatışmaması ilə bağlı bu il ərzində dəfələrlə Saleh Məmmədovun ünvanına müraciətlər edilsə də, heç bir cavab olmayıb. Hətta məsələ ilə bağlı ən yüksək rəsmi dairələrdə də müzakirələr aparılıb. Lakin nəticə yoxdur. 

Saleh Məmmədov Azəryolservis ASC-də niyə yenilik edə bilmədi?


Məlumatlara görə, Saleh Məmmədov yaxın günlərdə Cavid Qurbanovun yanına getməyə hazırlaşır. Azəryolservis-ə isə yeni sədr təyinatının olacağı deyilir. Bununla belə ölkənin daxili magistral yollarında yol nişanlarının çatışmaması səbəbindən yaranan problemlərin həlli hələ ki, gözlənilmir. Mövzu ilə bağlı ətraflı araşdırmalarımız davam edəcək.

 

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam