Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Gömrükdə radikal islahatlar: generallar istefaya göndərilir

 

 

Dövlət Gömrük Komitəsində radikal islahatlar gözlənilir. Gələn ilin əvvəlindən ya komitə ləğv edilib, səlahiyyətləri ASAN xidmət və Vergilər Nazirliyi arasında bölüşdürüləcək, ya da komitənin strukturu yenilənərək fərqli bir statusda fəaliyyətini davam etdirəcək.

Xeberinfo.com:   Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məliumatına görə, gömrük sistemindəki dəyişiklik hakimiyyət çevrələrində xeyli müddətdir müzakirə edilir: “Hələ iki il qabaq gömrük yüklərinin rəsmiləşdirilməsinin ASAN Xidmətə verilməsi nəzrədə tutulurdu. Ancaq gömrükdə söz sahibi olan idxal monopolistləri bu ideyanın qarşısını ala bildilər. O vaxt bu ideyanı Gömrük Komitəsinin sədri Aydın Əliyev də ictimailəşdirmişdi. Ancaq idxal monopolistləri bu ideyanı beşiyindəcə boğa bildilər”.

Mənbənin sözlərinə görə, artıq ölkədə yaranmış yeni iqtisadi situasiya gömrük islahatlarını qaçılmaz edir: Dünya bazarında neftin qiymətinin 37 dollara enməsi ölkənin gəlirlərini kəskin şəkildə azaldıb. Gələn il neftin daha da ucuzlaşacağı gözlənilir. Bu o deməkdir gələn il üçün nəzərdə tutulan 2,8 milyardlıq investisiya layihələrini gerçəkləşdirmək mümkün olmayacaq. Eyni zamanda dövlət xərclərinin kəskin ixtisarı və büdcəyə əlavə vəsaitlərin cəlb edilməsi zərurəti ortaya çıxacaq. Bu baxımdan ilk addım kimi gömrük islahatları nəzərdə tutulur".

Mənbənin sözlərinə görə, hazırda gömrük sərhədlərində ən azı 10 milyard manat vəsait idxal monopolistlərinin cibinə axır. Bu vəsaitin təxminən yarısı – 5 milyard manata yaxını büdcəyə çatacaq pullardır. Ölkəyə daxil olan yüklərin real qiymətindən az göstərilməsi və ya ümumiyyətlə sənədləşdirlməməsindən hər il büdcə 5 milyard manat itirir. İldə təxminən 5 milyard manat isə iş adamlarından “təzminat” kimi yığılır. Ölkənin gəlirlərinin belə kəskin azalması fonunda gömrükdə qayda-qanun yaratmağın vaxtı çatıb. Bu həm də ölkədə biznes mühitinin sağlamlaşdırılmasına təkan verəcək”.

Mənbə bildirir ki, gömrükdə islahatlar iqtisadi inkişafı  tormozlayan idxal monopoliyasına da son qoyacaq: “İdxal monopoliyasının ləğvi gömrük islahatlarının əsas mahiyyətini təşkil edir. Prezident İlham Əliyev son mesajlarında dəfələrlə iş adamlarının təqib edilməsinin yolverilməzliyini bildirib. İş adamlarını təqib edən əsas dövlət təsisatlarından biri də gömrük xidmətidir. Gömrük islahatlarının bir məqsədi də idxal məsullarında süni qiymət artımının qarşısını almaqdır. Real rəqabət mühitində süni qiymət artımından söhbət gedə bilməz. Neft gəlirlərinin azaldığı indiki vaxtda yeganə alternativ iqtisadi mühiti liberallaşdırmaqdır. Bunun da yolu gömrük liberallaşdırılmasından keçir. Gömrük sisteminin liberallaşdırılması rəqabət mühitinin və yeni iş yerlərinin yaranmasına təkan verəcək”.  

 Mənbənin sözlərinə, islahat çərçivəsində xeyli gömrükçü iş yerini itirəcək: “Komitədə idxal monopoliyasına nəzarət edən set sıradan çıxarılacaq. Bu setin başında gömrük generalları - Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov durur. Güman ki, gömrük generalları başda olmaqla idxal monopolistləri vəzifələri ilə vidalaşmalı olacaqlar. Bu adamlar yeni idarəetməyə yararlı kadrlar sayılmır, ümumiyyətlə, islahat çərçivəsində gömrük xidmətində xeyli ixtisarlar gözlənilir. Prosesə gələn ilin əvvəlindən start veriləcək”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam