Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazir hakimiyyət komandasından kənarlaşdırılıb?

 

Nəqliyyat naziri heç bir dövlət tədbirinə dəvət olunmur

Xeberinfo.com:   Nəqliyyat naziri Ziya Məmmədov hakimiyyət komandasından demək olar ki, kənarlaşdırılıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, nəqliyyat naziri artıq bir neçə aydır ki, heç bir dövlət tədbirinə dəvət olunmur.

Məlumatda deyilir ki, hətta Ziya Məmmədov mərhum Heydər Əliyevin anım mərasiminə də dəvət edilməyib. Ölkə başçısı Ilham Əliyev Çində səfərdə olarkən də nəqliyyat naziri onun yanında görünmədi. Halbuki Çin ilə Azərbaycan arasındaəsasən nəqliyyat sahəsinə aid müqavilələr imzalandı. Bu baxımdan Ziya Məmmədovun da həmin səfərdə ölkə başçısını müşayiət etməsi lazım idi.

Bildirilir ki, nəqliyyat nazirinə bu münasibət onun yaxın vaxtlarda istefaya göndəriləcəyi barədə ehtimalları gücləndirir. Bəzi məlumatlarda isə bildirilir ki, Nəqliyyat Nazirliyi ümumiyyətlə ləğv oluacaq. Beləliklə, Ziya Məmmədovu artıq “vurulmuş” kadr saymaq olar.

Qeyd edək ki, Avropa Oyunları zamanı olimpiya kəndində baş verən qəzadan sonra Ziya Məmmədov hədəfə gəlib. Nəqliyyat Nazirliyinin bir çox səlahiyyətləri qurumdan alınıb. Ziya Məmmədovun qardaşı Elton Məmmədov parlamentdən kənarda qoyulub. Oğlu Anar Məmmədovun ABŞ-da hakimiyyətin təbliği ilə məşğul olan Azərbaycan-Amerika Alyansı fəaliyyətini dayandırıb. Bu proseslər baş verəndə Ziya Məmmədovun işdən çıxarılacağı bildirilirdi. Hətta bəzi məlumatlarda nazirin ölkəni tərk etdiyi iddia olunurdu. Lakin qəfildən Ziya Məmmədov göründü və medianın yazdıqlarına rişxənd etdi. Ekspettlər hesab edir ki, nəqliyyat naziri bununla hakimiyyət komandasındakı nüfuzunu saxladığı, hədəfdə olmadığı görüntüsünü yaratmağa çalışırdı.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam