Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Diaspora Komitəsi ləğv ediləcək?

 

Komitənin sədir Nazim İbrahimov isə “çox məşğuldur”, suallara cavab verə bilmir 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun 2016-cı ilin əvvəllərində vəzifəsindən azad ediləcəyi gözlənilir.
Xeberinfo.com:   Məlumata görə, bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, son zamanlar Nazim İbrahimovun demək olar ki,  heç bir tədbir keçirməməsi, mətbuata açıqlama verməməsinin də səbəbləri məhz onun ətrafında gedən proseslərlə bağlıdır. Məlumata görə, N.İbrahimovun bu ilin iyun ayında özünü asan qaynı Məzahir Cəfərovun yasına da yüksək çinli məmurlar gəlməyib. Bunu isə onun fəaliyyətinin zəif olması, hakimiyyətin üst qatının yanında nüfuzunun tamamilə düşməsi ilə əlaqələndirirlər.
Mənbəmizin sözlərinə görə, Avropa Oyunlarıdan sonra əcnəbi televiziyaların Azərbaycan haqqında xoşagəlməz verilişlər hazırlaması, Qarabağ münaqişəsi fonunda erməni lobbiçilərinin xaricdə daha aktiv olması, N.İbrahimovun “qələminin qırılacağı günü” tezləşdirən amillərdəndir:
“Bütün bu səbəblərdən qarşıdan gələn ilin əvvəllərində Diaspora Komitəsinin ləğv ediləcəyi istisna deyil. Ümumiyyətlə, komitənin apardığı siyasətdən birmənalı şəkildə hakimiyyət narazıdır.  Azərbaycanda iqtisadi şərait də qənaətbəxş hesab olunmur. Dəfələrlə mətbuatda hakimiyyətə yaxın şəxslər açıqlama verərək bildiriblər ki, hökumət belə məqamda anti-böhran konsepsiyasını hazırlamalı və buna uyğun addımlar atmalıdır. 
Həmçinin anti-böhran konsepsiyası çərçivəsində oxşar fəaliyyəti olan bir neçə qurumun da birləşdiriləcəyi ilə bağlı söhbətlər gəzir. Bu proseslər zamanı çox güman ki,  Diasporla İş üzrə Dövlət Komitəsi də ləğv edilərək, onun funksiyaları  Xarici İşlər Nazirliyinə veriləcək”.
Aldığımız məlumatların nə dərəcə doğru olub olmamasını öyrənmək üçün Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova ilə əlaqə saxladıq. 
E.Xəlilova musavat.com-a açıqlamasında bildirdi ki, Nazim İbrahimov suallarımıza hazırda cavab verə bilməyəcək:
“Nazim müəllim indi çox məşğuldur. Sizinlə danışa bilməyəcək. Ancaq suallarınızı yazılı formada göndərin cavablandırmağa çalışacağıq. Bu gün olmasa da sabah və ya növbəti gün cavab verməyə çalışacağıq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam