Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tələbələrə şad xəbər

 

Azərbaycanda tələbələr yaxın vaxtlarda avtobuslardan güzəştli istifadə edə biləcəklər. 

 

    "xeberinfo.com": Bu məlumatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov verib. Ş. İsmayılov bildirib ki, tələbələrin güzəştli şərtlərlə avtobuslardann istifadə etməsi istiqamətində Gənclər və İdman Nazirliyi ilə birgə müvafiq nazirliklə danışıqlar davam edir: "Nəqliyyatda kart sisteminin tətbiqinə artıq başlanılıb. Kart sisteminin nəqliyyatda bütünlükdə tətbiqi reallaşdıqdan sonra tələbələr də tələbə kartı vasitəsilə güzəştlər nəqliyyatdan istifadə edə biləcəklər. Bu məsələnin öz həllini tapması üçün nəqliyyatda kart sistemi tam işə düşməlidir ki, güzəştli gediş-gəliş tələbə kartları vasitəsilə mümkün olsun".

      Ş. İsmayılov tələbə kartları vasitəsilə güzştlər barədə təkliflərin müzakirə olunduğunu söylədi. Onun sözlərinə görə, tələbə kartları ilə bağlı bir neçə təklif var". 

       Xatırladaq ki, təkliflərdən biri tələbə kartları ilə ilkin olaraq avtobuslardan 10-20 faiz güzəştlə yararlanmaq imkanı idi. Əsas təklifin isə tələbələrə güzəştli birdəfəlik ödəmə imkanının yaradılmas olduğu bildirilirdi.Yəni tələbələrə 10 manatlıq güzəştli ödəmə üçün gün ərzində avtobuslardan iki dəfə istifadə etmək kimi limit qoyulmasın. Bu güzəşt limitsiz olsun. Gələcəkdə Bakı metropoliteni ilə də tələbələrə güzəşt edilməsi üçün danışıqlar aparmaq nəzərdə tutulub. İlkin variantda avtobuslarda bu güzəşti, ictimai nəqliyyatda kart sisteminə keçid gerçəkləşdikdən sonra  reallaşdırılacaq.

     Qeyd edək ki, "Azərbaycan Tələbə kartı" layihəsi ATGTİ-nin təklifi əsasında "Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramına daxil edilib. Hazırda bu layihə ATGTİ, Gənclər və İdman və Təhsil nazirlikləri ilə birgə "Xəzər" İnvestisiya Mərkəzi tərəfindən reallaşdırılır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam