Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Facebook”-un “WhatsApp”ı almasının səbəbi...

 

 

Xəbər verdiyimiz kimi, dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” “WhatsApp” mobil messencerini 16 milyard dollara satın alıb 

   

      "xeberinfo.com": “Facebook” və “WhatsApp” arasındakı razılaşmaya əsasən, 4 milyard dollar nağd pulla, 12 milyard isə “Facebook”un səhmləri hesabına ödəniləcək. Əldə etdiyimiz məkumatda  bildirilir ki, “WhatsApp”ın satın alınması şirkət tarixində ən böyük sazişdir. Razılaşmanın şərtlərinə görə, “WhatsApp” Mauntin-Vyuda (Kaliforniya) öz ştatını saxlayacaq və müstəqil mövcudluğuna davam edəcək. 

        Bütün məşhur platformalar üçün mobil messencer yaratmış və 55 işçidən ibarət şirkətin auditoriyası hazırda təxminən 450 milyon istifadəçi təşkil edir. Onun göstəricisi faktiki olaraq “Twitter” sosial şəbəkəsinin istifadəçilərinin auditoriyasından çoxdur. 

      “WhatsApp” 2009-cu ildə ukraynalı Yan Koum və amerikalı Brayen Ekton tərəfindən hazırlanıb. Hazırda messencer gündə təxminən 50 milyard mesaj emal edir. Şirkətin ştatında yalnız 32 mühəndis işləyir, ştatda marketoloq və ya PR əməkdaşları yoxdur. Özəl şirkət olduğundan onun maliyyə göstəriciləri dərc edilmir. Şirkətin yeganə gəliri mənbəyi illik 99 sent ödənişdir. 

     Məlumdur ki, son iki ildə mobil messencerlər müəyyən mənada sosial şəbəkələrin rəqibinə çevriliblər. Çünki insanlar artıq dost-tanışları ilə sosial şəbəkələr deyil, messencerlər vasitəsilə ünsiyyət saxlamağa üstünlük verir. 

    “WhatsApp”ın əsas ideyası ondan ibarətdir ki, ani mesajlar ödənişsiz olmalıdır. Sözsüz ki, bu, mobil operatorlara güclü zərbədir. Bundan başqa, messencer hazırda bütün mobil platformalarda işləyir. 

    hitech.vesti.ru saytında dünyanın ən böyük sosial şəbəkəsini “WhatsApp”ı satın almağa vadar edən 5 əsas səbəb göstərilib. Bunlardan birincisi, hazırda Facebook-un yeni istifadəçilərə və bazara kəskin ehtiyacının olması ilə əlaqədardır. WhatsApp-ın yeni auditoriyanı sürətlə cəlb etməsi, sosial şəbəkə və messencerlər arasında rekordçu olması isə növbəti səbəbdir. Bildirilir ki, əgər Facebook WhatsApp-ı almasaydı, bu addımı sosial şəbəkənin rəqiblərindən biri atacaqdı. WhatsApp, həmçinin ən universal mobil messencerdir. Və nəhayət, “ikinci milyard”ı qazanmaq üçün ən yaxşı vasitədir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam