Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ltimas Məmmədov vəzifəsindən çıxarıldı - SƏRƏNCAM

 

Prezident İlham Əliyevin sərəncamı ilə İltimas Məmmədov Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Xeberinfo.com:   Məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib. Onun sözlərinə görə, İltimas Məmmədov prezidentin digər sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat alıb.

Qanunla rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilən Ramin Quluzadə paralel olaraq nazir vəzifəsini müvəqqəti icra edəcək. 

Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamla Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edib. O, Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam