Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MTN-dəki rüşvət məbləğləri haqda şok məlumatlar

 

Milli Təhlükəsizlik Nazirliyində oktyabrın 17-də baş tutan xüsusi əməliyyatdan sonra mətbuatda ən müxtəlif səpkili yazılar dərc olunmaqdadır. Təəssüf ki, bu məlumatları yoxlamaq, müvafiq dəqiqləşdirmələr aparmaq əksər vaxtlarda mümkün olmur. Hüquq mühafizə orqanları “istintaq gedir” nidası ilə mətbuat nümayəndələrinin suallarını, sorğularını cavabsız qoyurlar. Bu səbəbdən də redaksiyamıza daxil olan xəbərləri, məlumatları yoxlayaraq dərc etmək istəyimiz baş tutmur.
"Xeberinfo.com":   Məlumata görə, “Yeni Müsavat”a daxil olan ən son məlumatda deyilir ki, Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu  dövrdə (2004 – 2015-ci illər), nazirliyin “kassir”i kimi Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tanınıb. T.Babatov tərəfindən bütün alver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilib. Məlumatda iddia edilir ki,  bu məsələlər T.Babatovun şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilib.
Belə ki, ilk dəfə işə qəbul edilən, birbaşa Nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50 min dollar rüşvət tələb edilib. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150 min dollar, dinləyici kimi qəbula isə 30 min dollar rüşvət tələb edilib.
Bütün rüşvətlər Tehran Babatov tərəfindən şəxsən alınıb, rüşvət məbləğinin durmadan yüksəlməsinə də elə onun özü nəzarət edib.
Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40 min dollar, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15 min dollar rüşvət tələb edilirdi.
Göstərilənlərlə yanaşı, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500 min dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200 – 500 min dollar civarında (həmin rayonun varlı və ya kasıb olması baxımından) rüşvət tələb edilib. Əldə edilən rüşvətin 10 faizi şəxsən Tehran Babatovun özünə, 30 faizi Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevə, 60 faizi isə nazir Eldar Mahmudova çatırdı.
Tehran Babatov, əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləmiş, yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğa görə işdən azad edilmiş, lakin 2004-cü ildə MTN-ə Eldar Mahmudov tərəfindən gətirilərək Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilmişdi. Bu səbəbdən, 2005-ci ildən bu yana olan bütün kadr təyinatlarında varlı ailələrin övladlarının MTN-ə kütləvi axını başlamış, nəticədə savadsız və bacarıqsız işçilər ordusu yaranmışdır. Həmin kadrlar tərəfindən mütəmadi olaraq qanun pozuntularına, özbaşınılığa və səriştəsizliyə yol verilmiş, ölkə rəhbərliyindən həmin faktlar gizlədilmişdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam