Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MTN-nin sabiq rəhbərlərinin yaxın qohumları və biznes şəbəkələri- Siyahı

 

Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş rəhbər heyətinin yaxın qohumları və biznes şəbəkələri ilə bağlı məlumatlar əldə edilib.

"Xeberinfo.com":  Həmin siyahını təqdi edirik:

1. Sabiq nazir general-polkovnik Eldar Mahmudovun qohumları - Vüqar Mahmudov (əmisi oğlu, nazirin köməkçisi), Elnur və Anar Hüseynovlar (nazirin köməkçiləri), Ceyhun Əliyev (MTN Astara Rayon Şöbəsinin rəisi), Fərhad Məhərrəmov (MTN Binəqədi Rayon İdarəsinin rəisi), Ədalət Əsədullayev (Əks-kəşfiyyat Baş İdarəsinin rəisi), Pərviz Mahmudov (nazirlikdə idarə rəisi), Aysel Seyidova (nazirlikdə şöbə rəisi).

E.Mahmudovun biznes şəbəkəsi – “AG Bank”, “Crystal Plaza” Holdinq, “Crystal Motors”, “TOS OİL”, “Anar OİL”, “Jaguar Motors”, “Range Rover Motors”, “Maseratti Motors”, “İndigo” MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, “Turac” və “Xankəndi” restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri;

2. MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarovun qohumları – Rafiq Hümbətov (bacısı oğlu, MTN Xəzər Rayon İdarəsinin rəisi), eləcə də bir neçə digər əməkdaş.

 

A.Çovdarovun biznes şəbəkəsi – Bakı şəhəri Nərimanov rayonunda Dərnəgül yolunda yerləşən bütün taxta emalı sexləri və oradakı bütün tikinti materialları mağazaları, ölkəyə idxal edilən bütün taxta-şalban biznesinin monopoliyası, Bakı şəhərində çox sayda marşrut avtobusları, apteklər, geyim mağazaları;

3. MTN-in Kadrlar Baş İdarəsinin sabiq rəisi general-mayor Əlimusa Əliyevin qohumları – Aqil Məmmədov (kürəkəni, Kəşfiyyat Baş İdarəsinin Avstriya Respublikasında səfir müavini), bir çox rayon rəisləri.

 

Ə.Əliyevin biznes şəbəkəsi – Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində istirahət mərkəzləri, mağazalar, çörək sexləri, fermalar və restoranlar, notarius məntəqələri;

4. MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyevin qohumları – həmin baş idarədə bir çox müstəntiqlər və bir çox rayon rəisləri.

 

M.Şıxəliyevin biznes şəbəkəsi – Bakı və Ağsu şəhərlərində iri mağazalar, tikinti şirkətləri.

5. MTN-in Nazir Xidmətinin sabiq rəisi general-mayor Fərhad Vahabovun qohumları – bir neçə rayon rəisi.

 

F.Vahabovun biznes şəbəkəsi – Bakı və Şabran şəhərlərində iri mağazalar, restoranlar, çin və yapon mətbəxi təqdim edən kafelər, geyim butikləri;

6. MTN-in Kadrlar Baş İdarəsinin sabiq rəis müavini polkovnik Tehran Babatovun qohumları – bir neçə rayon rəisi və çox sayda digər əməkdaşlar.

 

T.Babatovun biznes şəbəkəsi – Bakı və Gəncə şəhərlərində restoranlar, çay evləri, geyim mağazaları.

 

Avropa.info 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam