Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Füzulidə Müstəqillik günü qeyd olundu- FOTOLAR


 

Horadiz şəhərində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilmişdir.

"Xeberinfo.com":   Məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır. 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açmış, 18 oktyabr dövlət müstəqilliyi günü münasibəti ilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olunmuşdur. 

Alı Alıyev qeyd etmişdir ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz və idarəetmə bacarığı olmayan insanların fəaliyyəti nəticəsində ölkədə faktiki olaraq hakimiyyətsizlik, xaos, anarxiya hökm sürürdü. Azərbaycan dövlət kimi məhv olmaq, parçalanmaq üzrə idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlamışdı, kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca işğal olunurdu. 

Alı Alıyev vurğulamışdır ki, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz xaos və anarxiyadan azad olaraq, inkişaf yoluna çıxdı. Məhz Ulu Öndərin qətiyyətli siyasəti, müdrüklüyü və uzaqgörənliyi sayəsində respublikamızın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi,  dönməz, əbədi və sarsılmaz xarakter aldı.

Bu gün biz qətiyyətlə deyə bilərik ki, bu günki müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin şah əsəridir. 

Alı Alıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirməsindən, daha böyük uğurlar qazanmasından danışmışdır.

Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar. 






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam