Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu gün "Bilik günü"dür

 

2015-2016-cı tədris ilində Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfində 150 mindən çox şagird təhsil almağa başlayacaq
"Xeberinfo.com":    Məlumata görə, ümumilikdə bu tədris ilində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.
Bu dərs ilində tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə 50 məktəbdə pilot layihə tətbiq olunmağa başlayıb. Yeni tədris ilində 3472 şagird təmayüllü siniflərdə təhsil alacaq. Bu şagirdlər üçün 55 ümumtəhsil məktəbində 156 təmayüllü sinif yaradılıb.
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək işə qəbul olunan təqribən 2000 şəxs orta məktəblərdə müəllim kimi fəaliyyətə başlayacaq.
Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bununla yanaşı, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. (trend)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam