Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin edildi

 

Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Strateq.az-a hakmiyyətə yaxın mənbələrdən daxil olan məlumatda bildirlir. Prezidentin digər fərmanı ilə Sumqayıtın hazırkı icra başçsı Eldar Əzizov vəzifəsindən azad edilib. Eldar Əzizovun hansısa vəzifəyə təyin olunub-olunmaması haqda isə hər hansı informasiya verilmir. Ehtimal var ki, o, Nizami rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Fərəcov Zakir Fərəc  oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.

1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olub.

1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olub, 1980-cı ildə həmin İnstitutu bitirib.

1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.

2005-ci ilin avqust ayının 11-də Azərbaycan Respublikası Prezidentin 956 saylı Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam