Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

MSK 37 partiyanı və nazirlikləri bir araya gətirdi

 

Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, təqdim olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib.

"Xeberinfo.com":  Məlumata görə , tədbirdə komissiyanın, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının rəsmilərinin təqdimatında siyasi partiyaların illik maliyyə hesabatlarına və onların tərtib edilməsinə dair tələblər, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində auditorların iştirakı və auditor sənədlərinə dair tələblər, eləcə də seçkilərlə əlaqədar maliyyə hesabatlarının tərtib edilməsi, göndərilməsi və ictimailəşdirilməsinə dair tələblər barədə çıxışlar dinlənilib.

 

Tədbirdə qeydiyyatdan keçmiş 37 siyasi partiyanın təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, Mərkəzi Seçki Komissiyasının üzvləri və siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, aidiyyəti dövlət qurumların təmsilçiləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

 

Seminar siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələrlə davam edib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam