Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İcra başçısı 6 milyonluq korrupsiya faktını necə ört-basdır edir?

 

 

 

"xeberinfo.com":  Sabunçu rayonu, Kürdəxanı qəsəbə bələdiyyəsində külli miqdarda yeyintinin aşkar edilməsi aşkarlanıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı Bakı Dairəvi Yolunun altına düşən və Kürdəxanı bələdiyyəsinin ərazisi olan torpaqların sahiblərindən satın alınması zamanı külli miqdarda büdcə vəsaiti ələ keçirilib. Bəzi məlumatlara görə, mənimsənilən vəsaitin miqdarı 6 milyon manat civarındadır. 
Baş verən yeyintiyə görə, bir neçə gün əvvəl Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin  rəhbərliyi ilə iclas keçirilib. İclasdan sonra Kürdəxanı bələdiyyəsinin sədri Sabir Əliyev tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun əvəzinə yerli poliklinikada uşaq həkimi vəzifəsində çalışan Həqiqət adlı xanım sədr seçilib. 
    Məsələ ilə bağlı əldə etdiyimiz məlumata görə Kürdəxanı Bələdiyyəsində baş verən hadisələrin bir ucu birbaşa Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə əlaqəlidi. Məhz bu əlaqəni önləmək və adının korrupsyia qalmaqalında hallanmasının qarşısını almaq məqsədi ilə Adil Əliyev təcili tədbir görmək qərarına gəldiyi bildirilir. 
    Mənbə bildirir ki, Kürdəxanı bələdiyyyə sədrinin həyata keçirdiyi korrupsiya maxinasiyalarından icra başçısına yaxın şəxslərin xəbəri olub. Belə ki, Kürdəxanı Bələdiyyəsində baş verənlərdən Sabunçu İcra hakimiyyətinin  Ərazi İdaretmə və Yerli özünüidaretmə Orqanları Üzrə iş şöbəsinin müdiri Vidadi Səlimov və icra başçısının ən yaxın adamı, birinci müavini Şakir Alıiyevin bütün korrusiya faktlarından xəbərdar olublar və onlar bu korrupsiyada iştirak ediblər. 
    Bildirirlir ki, bələdiyyə sədrinin qanunsuz əməllərindən hər iki məmura müəyyən faiz çatırmış. Çünki vətəndaşlara verilən vəsaitə nəzarəti Sabunçu rayon İcra Hakimiyyəti edir. Ancaq Sabunçu icra başçısı Adil Əliyev vətəndaşların ciddi şəkildə narazılıq etdiyini və bu məsələnin artıq böyük skandal olacağını hiss etdikdən sonra bələdiyyə sədrini işdən azad etmək haqqında qərar verilib.
Qeyd edək ki, Sabunçu rayon İcra Hakimiyyətinin birinci müavini Şakir Alıyev vəzifəyə gəlməmişdən öncə icra başçısı Adil Vəliyevin biznes ortağı olub. Onların şərikli bizneslərini isə hazırda oğlanları davam etdirir.
Kürdəxanı bələdiyyəsində baş verən korrupsiya faktları ilə bağlı yaxın günlərdə daha ətraflı məlumatı ictimaiyyətin diqqətinə çatdıracağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam