Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

12 partiyanın qeydiyyatı ləğv oluna bilər

 

2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) Ədliyyə Nazirliyinə müraciət edib.

 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

Maliyyə hesabatı təqdim etməyən partiyaların adını açıqlamayan N. Məmmədov Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 33-nün keçən ilin maliyyə hesabatını MSK-ya təqdim etdiyini, hazırda hesabatların araşdırıldığını qeyd edib: “Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır. Amma bunlara baxmayaraq, hesab edirəm ki, ictimaiyyət müəyyən edilən müddətdə MSK-nın saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların hesabatı ilə tanış ola biləcək”.

Qeyd edək ki, 2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər. Dəyişikliyə əsasən siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var. Ancaq MSK-nın aprelin 7-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni aprelin 1-dək dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan yalnız 22-inin illik maliyyə hesabatını MSK-ya təqdim etdiyini açıqlamışdı. MSK sədri Məzahir Pənahov da MSK-nın aprelin 7-də keçirilən iclasında bildirmişdi ki, indiyə qədər siyasi partiyaların fəaliyyəti Ədliyyə Nazirliyi tərəfindən dayandırılmayıb. M. Pənahov vurğulamışdı ki, istəmirlər ki, maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı MSK Ədliyyə Nazirliyinə müraciət etsin, Ədliyyə Nazirliyi də MSK-nın fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın. Buna görə də MSK aprelin 1-dən sonra da siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə davam edib. (Apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam