Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İnsan alveri qurbanları ilə bağlı yeni baza yaradılır

 

Azərbaycanda insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazası yaradılacaq.
"Xeberinfo.com":   Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nda dəyişikliklər edilib.
Yeni dəyişikliklərə əsasən, həmin bazanın məlumatları insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim edilir.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorla razılaşdırmaqla xüsusi müəssisə tərəfindən insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdankənar mütəxəssislər cəlb edilir.
İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları xüsusi müəssisənin fəaliyyətinin təşkil edilməsi, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi və onların sosial reabilitasiyası üzrə işlərə cəlb olunur.
Qaydalara edilən dəyişikliklərə əsasən, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyəti və fəaliyyətinə nəzarət məqsədi ilə hüquqi yardımın göstərilməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı bənd ləğv edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam