Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Formula 1” üçün tikinti başlayır

 

“Bakıda Avropa Oyunları keçirildiyinə görə işlərə başlaya bilmirdik”.
"Xeberinfo.com":  Azərbaycanda “Formula 1” Qran-prisinin keçirilməsi üçün trassın hazırlanması üzrə işlər gələn həftədən başlayacaq.
Anspress-in məlumatına görə, bu barədə tanınmış arxitektor German Tilke bildirib.
“Biz Bakıda trassın layihələşdirilməsi prosesini başa çatdırmışıq. Amma Bakıda Avropa Oyunları keçirildiyinə görə işlərə başlaya bilmirdik. Onlar istəmirdilər ki, oyunların gur vaxtı şəhərdə böyük tikinti işləri getsin. Biz çox sayda xırda işlər görməliyik. Amma məhz belə işlər sonucda böyük vahid obyektə çevrilir”, – deyə Tilke bildirib.
Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, yarışla bağlı Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir.
O bildirib ki, debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək.
Formula-1, yaxud F1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Rəsmi adı ingiliscə FIA Formula One World Championship sözlərindən götürülüb.1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.
Hər il keçirilən Formula-1 yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. Qran-pri sözü fransızca “Grands Prix”, yəni böyük mükafat sözündən götürülür. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam