Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Həkimlər maaşdan əlavə “paket” alacaq

 

Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nın və "Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərin Siyahısı"nı təsdiq edib.

"Xeberinfo.com":   Məlumata görə, bu qayda səhiyyə sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin nazirliyin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

Ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur.

Qaydaya əsasən, vəsaitin toplanması və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Nazirliyin xüsusi hesabı açılır.

Xüsusi hesabın maliyyə mənbəyini İnzibati Xətalar Məcəlləsinə əsasən nazirlik tərəfindən baxılan və inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə ödənilən cərimələrdən toplanan vəsait təşkil edir.
Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Səhiyyə və Maliyyə nazirlikləri tərəfindən təmin olunur.
Xüsusi vəsaitin istifadə olunmasına dair 6 aylıq, 9 aylıq və illik hesabatlar nazirlik tərəfindən hazırlanır və Maliyyə Nazirliyinə təqdim edilir.

Xüsusi vəsait nazirliyin işçilərinin aylıq vəzifə maaşına əlavə olaraq ödənilir.

Vəzifə maaşına əlavənin hesablanması ayda bir dəfə olmaqla həyata keçirilir və hər ayın sonunda ödənilir. Vəzifə maaşlarına əlavələr hər bir işçinin əməkhaqqı kartına köçürülür.
Bu qaydaya Azərbaycanın Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik edilə bilər.

Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərinə inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçiləri, inzibati xətalar haqqında işlər üzrə icraatı aparan Aparatın şöbə müdirləri, şöbə müdirlərinin müavinləri, sektor müdirləri, baş və böyük məsləhətçiləri, sanitar-epidemioloji nəzarət xidmətinin işçiləri, inzibati xəta haqqında protokol tərtib edən işçilər, icraatın aparılmasında iştirak edən digər işçilər daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam