Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlanıb

 


Bu il iyunun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4859,8 min nəfər olub, onlardan 4623,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
"Xeberinfo.com":  “APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1504,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 874,7 min nəfər, qeyri-dövlət bölməsində isə 630,0 min nəfər təşkil edib.
İqtisadiyyatın neft sektorunda 35,2 min nəfər, qeyri-neft sektorunda isə 1469,5 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1460,0 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,8%-i məhsul istehsalı sahələrində, onlardan 6,7%-i tikintidə, 6,5%-i emal sənayesində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,3%-i mədənçıxarma sənayesində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,5%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,3%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
Bu il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,3 min nəfər olub, onların 39,0%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 239,6 manat olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam