Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nazirdən mobil operatorlara xəbərdarlıq

 

Bu gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov I Avropa Oyunları ərəfəsində yeni avadanlıqların nümayiş etdirilməsi ilə əlaqədar tədbir keçirib.

"Xeberinfo.com":  Məlumata görə, tədbir nazirliyin birlik və müəssisələrinin, digər əlaqədar strukturların rəhbərlərinin I Avropa oyunlarına hazırlığına həsr olunub.

Əli Abbasov I Avropa oyunların yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyəti, oyunların hazırlıq dövründə BAOƏK-in tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyi və başa çatdırıldığı, nazirliyin rabitə birlik və müəssisələrinin, digər əlaqədar strukturların BAOƏK-lə birgə səmərəli fəaliyyət göstərdikləri qeyd edib.

Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə xidmətlərinin təşkilinə və dövlət və strateji internet saytlarının mühafizəsinə və informasiya təhlükəsizliyinə, internet xidmətlərinin təşkilinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanalları, stasionar və mobil telefon xidmətinin təşkilinə, “Azerspace-1” peykinin oyunların yayımında istifadəsinə dair məlumatlar dinlənilib.

Oyunlara hazırlıq dövründə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın iri avtomobil magistrallarında ABŞ-ın “Global Wireless Solutions” şirkətinin eksperti tərəfindən mobil rabitə xidmətlərinin əhatə dairəsi və keyfiyyətinin monitorinqinin nəticələri müzakirə edilib. Mobil operatoların rəhbərlərinin monitorinqin nəticələri, oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatları dinlənilib.

Nazir yekun çıxışında telekommunikasiya, radio-televiziya, internet və mobil rabitə xidmətlərinin, radiotezliklərin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının və obyektlərinin etibarlı işinin təmin edilməsi, həmçinin mühafizəsinin daha da gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Əli Abbasov oyunların telekommunikasiya xidmətləri ilə təchizatı və radiotezliklərlə təminatı üzrə hazırlığın lazımi səviyyədə olduğunu qeyd etmiş və oyunların yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

 

Modern.az

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam