Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bir ayda 124 saxta şirkət yaradıldı

 

Vergilər Nazirliyi fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçən şirkətlər barədə məlumatı açıqlayıb.

"Xeberinfo.com":   Məlumata görə, ”Turan” İA-nın analizi göstərir ki, yeni şirkətlərin 25%-i saxtadır və dövlət büdcəsi vəsaitlərini mənimsəmək və gömrük əməliyyatlarında iştirak üçün yaradılıb.
Fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrinə 494 təşkilat daxil edilib. Agentlik öz təcrübəsindən istifadə edərək müəyyən edib ki, şirkətlərin 124-ü çirkli əməliyyatlar üçün yaradılıb. Maraqlıdır ki, bu şirkətlər elektron xidmət vasitəsilə “çap edilir”: naməlum təsisçilər qeydiyyat üçün müasir İKT-dən istifadə edir.
Bir qayda olaraq, bu şirkətlərin 2-10 manat ilkin kapitalı, sənəd qovluğu və möhürü olur. Bir müddət sonra onlar dövlət satınalmalarına cəlb edilir, yüzlərlə tender və kotirovkanın qalibi olur. Özəl şirkətlərin və fiziki şəxslərin ayrı-ayrı mal idxalı da belə şirkətlərin adına sənədləşdirilir ki, ƏDV mənimsənilsin.
Analiz göstərir ki, saxta şirkətlərin qanuni təmsilçiləri bir qrup adamdır. Bu şirkətlərin hüquqi ünvanı Bakı və rayonlarda müəyyən yerlərlə məhdudlaşır.
Agentlik onu da vurğulayır ki, saxta şirkətlərin yaradılması davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam