Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“İmkanlı şəxslərin və şirkətlərin yardımına ehtiyacımız yoxdur”

 

"Xeberinfo.com":  Modern.az saytı paytaxtın Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğından sonra imkanlı şəxslər və ya şirkət rəhbərlərinin sakinlərə yardım üçün müraciət edib-etmədiklərilə maraqlanıb.
Bununla bağlı sualımızı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanladıq.
Mer bildirdi ki, belə yardımlara ehtiyac yoxdur: “Ona görə ki, bu işlərin hamısına dövlət tərəfindən vəsait ayılıb. Sözsüz ki, belə təkliflər gəlir. Amma biz onlara minnətdarlığımızı bildirib demişik ki, dövlət bütün bu işlər üçün nəzərdə tutulan vəsaiti özü ayırıb və ayıracaq. Dövlət vəfat edən və yaralı insanlara, əmlakını itirən sakinlərin hamısına birdəfəlik maddi yardım verib.
Ümumilikdə həm yardımlar, həm də təmir-bərpa işləri üçün ilkin olaraq 5 milyon manat pul ayrılıb. Əgər bu vəsait çatmasa, yenidən ayrılması nəzərdə tutulub. Hələlik biz bu insanların ilkin maddi yardımını verməliyik. Əlimizdən gələni edəcəyik ki, oradan köçən əhali narahat qalmasın”.
Hacıbala Abutalıbov bu gün yanmış binanın dayanıqlılığının yoxlanıldığını da deyib:
“Bina dayanıqlıdır və iki saat bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti binanın təmirinə başladı. Təmir-bərpa işləri 24 saat boyunca davam edəcək. Biz çalışacağıq ki, tez bir zamanda və yüksək səviyyədə binanın təmiri başa çatsın. Ayrılan vəsait binanın və mənzillərin təmirinə aiddir, mənzillərə mebellərin quraşdırılmasına yox”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam