Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Azərsu” əhaliyə mikroblu və lilli su içirdir

 

 

      "xeberinfo.com": Son 10 ildə dövlət büdcəsindən əhalinin içməli su ilə təchizatına 2,6 milyard dollar xərclənsə də, sakinlər yenə də keyfiyyətsiz sudan faydalanmağa məcbur olurlar; mütəxəssislər 1 milyard büdcəsi olan “Azərsu” ASC-nin problemi asanlıqla həll etmək gücündə olduğunu iddia edir

     Sovet dövründən indiyəcən Azərbaycanda içməli su problemi aktual olaraq qalır. Problemin miqyası ilə bağlı rəsmi statistika olmasa da, mütəxəssislərin hesablamalarına görə, 4500-dən çox inzibatı yaşayış massivi içməli su çatışmazlığından əziyyət çəkir.
     Bakıda bu problem daha qabarıq hiss olunur. Son 20 ildə paytaxt əhalisi 2 dəfədən çox artıb - sakinlərin sayı 1,5 milyondan 3 milyon nəfərə çatıb. Ona görə də paytaxtın içməli su təchizatı ilə bağlı çeşidli layihələrinə baxmayaraq problem hələ də öz aktuallığını saxlayır. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə veriləndən sonra da problem həllini tapmadı. Düzdür, əhalinin su ilə təchizatında müəyyən irəliləyişlər var. Ancaq söhbət içməli, təmiz sudan gedəndə, nəinki irəliləyiş, hətta geriləmələr də var. Ona görə də paytaxt sakinləri içməli su problemini alternativ qaynaqlar hesabına həll etməyə məcbur olur - əhalinin bir qismi yemək və çay üçün lazım olan suyu mağazadan pulla alırlar. Bu də sadə vətəndaşlar üçün izafi xərc olmaqla yanaşı, həm də sosial gərginlik mənbəyidir. Çünki bir qisim ailələrin buna imkanı çatmır.
     Sakinlərə verilən suyun keyfiyyətsiz olmasının obyektiv səbəbləri də var. 
       Ekologiya və Təbii Sərvətlər Nazirliyi içməli su kimi istifadə edilən Kür çayının son vaxtlar Gürcüstan və Ermənistan ərazisində ciddi çirklənməyə məruz qaldığını bildirir. Azərbaycan ərazisində də ciddi çirklənmə mənbəyi var. Kür çayının suyu çirkli sayıldığından hazırda Gürcüstanda bu sudan ancaq texniki su kimi istifadə edilir və əhalinin ondan istifadəsi məqsədəuyğun hesab edilmir. Mingəçevir-Yenikənd su hövzəsində və Tovuz rayon yaxınlığında süni yaradılmış göllərdə çirklənmənin qarşısını almaq məqsədilə müəyyən işlər görülsə də, bu, suyun keyfiyyətinin artmasına təsir göstərmir. 
   Sovet dönəmində Kür çayı boyu hər 30 km-dən bir suyun tərkibini yoxlamaq üçün nəzarət məntəqələri fəaliyyət göstərirdi. Ancaq hazırda həmin məntəqələrin bir çoxu fəaliyyət göstərmədiyindən, stansiyalardan su Bakıya gəlib çatana qədər onun tərkibində baş verən dəyişikliklərdən heç kimin xəbəri olmur. Bu səbəbdən də paytaxta gələn Kür suyunu nəinki içmək, hətta ondan məişətdə istifadə etmək məqsədəuyğun sayılmır. Şəhərin bir hissəsini içməli su ilə təmin edən Ceyranbatan suyunun da keyfiyyəti standartlara uyğun deyil. Ancaq başqa mənbələr olmadığından paytaxt əhalisi bu sulardan istifadə etmək məcburiyyətindədir. 
    Xarici dövlətlərdən fərqli olaraq Azərbaycanda məişətdə istifadə üçün ayrıca açıq şirin su mənbələri nəzərdə tutulmayıb. Buna görə də çox yerdə texniki suya olan tələbat içməli su hesabına ödənilir. Əhalinin artımı nəzərə alınmaqla, 2025-ci ildə Azərbaycanda su ehtiyatlarına olan tələbatın 40 faiz artacağı proqnozlaşdırılır. 
     Artıq Bakıda su sisteminin yenidən qurulması istiqamətində əsaslı işlər görülməsinə başlanılıb. Bu məqsədlə ölkə prezidentinin tapşırığı ilə “İçməli su” Milli Planı hazırlanıb. Dünya Bankının ekspertlərinin apardığı araşdırmalar zamanı müəyyənləşdirilib ki, ölkənin su təchizatı sistemini dünya səviyyəsinə çatdırmaq üçün 10 milyard dollara yaxın vəsait lazımdır. 2005-2013-cü illərdə dövlət büdcəsindən bu məqsədlə 2,1 milyard manata yaxın vəsait (2,6 milyard dollar) ayrılıb. Ancaq yenə də problemin həllində ciddi irəliləyiş yoxdur. Yenə də Bakıda su kirli və lilli gəlir. Ölkənin su təchizatına cavabdeh olan “Azərsu” ASC problemi həll edə bilmir.
  Mütəxəssislər vəziyyətin çıxılmaz olmadığını iddia edirlər. Ekspertlərin sözlərinə görə, Azərbaycan Avropa təcrübəsindən faydalanmaqla problemi qısa müddətə çözə bilər: “Avropada iri su nasoslarına özü-özünü təmizləyən nəhəng filtrlər quraşdırılır. Bu filtrlər elə də baha deyil, alıb gətirib hər anbara birini qoysalar, Bakı camaatı təmiz su içə bilər. Problemin sadə həll yolu var. Yoxsa hər dəfə yağış yağanda Bakı sakinləri lilli su içməyə məcbur olacaq. ”Azərsu" ASC-nin bu filtrləri almaq üçün kifayət qədər imkanı var. ASC-nin büdcəsi 1 milyard dollardan çoxdur. Ancaq nədənsə, rəhbərlik buna getmir. Əvəzində isə paytaxt sakinləri müxtəlif xəstəlik mənbəyi olan lilli sudan istifadə etmək məcburiyyətində qalır».

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam